Icma.az
close
up
RU
Politoloq: “İran indi də Türkiyəni hədəf alıb”

Politoloq: “İran indi də Türkiyəni hədəf alıb”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“İranın mühafizəkar dairələri Türkiyə və Azərbaycana dil uzatmaqdan imtina etmək istəmirlər. İranın ali dini liderinin müşaviri Vilayəti Azərbaycanla İran arasında son hərbi təlimlərdən bu qənaətə gəlib ki, guya Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasından imtina edib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Hərbi təlimlərin dəhlizə nə dəxli var? Dəhlizdən imtina etməmişik, bu mövzu ətrafında Azərbaycanla Ermənistan rəsmiləri arasında danışıqlar dondurulmayıb. Azərbaycan İranla sərhədin daha yaxşı qorunmasıyla bağlı ona görə təlimlər keçirib ki, sərhəd daha yaxşı qorunsun, İrandan Azərbaycana narkotik maddələrin keçirilməsinin qarşısı tamamilə alınsın, Tehran “niyə Azərbaycanla yalnız Türkiyə ilə hərbi təlimlər keçirir” yanaşmasından əl çəksin. Ancaq faydası yoxdur, yenə Azərbaycanı hədəf almaqda davam edirlər”, - deyə politoloq əlavə edib. 

E.Şahinoğlu qeyd edib ki, bu dəfə Türkiyəni hədəf seçiblər:

“İranın mühafizəkar dairələri Əsəd rejiminin yıxılmasından yaman dilxor olublar. Bu təbiidir. Əsəd Suriyada İranın maraqlarını təmin edir, İrandan göndərilən silah və maliyyənin ərazisindən qonşu Livandakı “Hizbullah” qruplaşmasına çatmasına yardımçı olurdu.

Bu zaman Əsəd rejiminin minlərlə günahsız insanı öldürməsi, rəqiblərinə işgəncələr verməsi, türmələrdə çürütməsi İran İslam Respublikasının rəhbərliyini qətiyyən narahat etmirdi. 

Əksinə İranın ali dini lideri Əli Xameneyi deyib ki, Əsədin süqutunda ABŞ, İsrail və “qonşu dövlətlərdən birinin” rolu olub. Xameneyi “qonşu dövlətlərdən biri” dedikdə Türkiyəni nəzərdə tutub. Yəni Xameneyinin məntiqinə görə, Əsəd rejimini ayaqda saxlamaq olardı, sadəcə böyük qüvvələr buna mane oldu.

Əsəd rejiminin ayaqda qalması üçün Suriya xalqının ona dəstəyi və ordusunun sədaqəti lazım idi.

Hər ikisi Əsəddən üz çevirdi, əks halda silahlı müxalifət döyüşsüz 12 günün içində şəhərləri və paytaxtı asanlıqla ələ keçirə bilməzdi. İranın mühafizəkar dairələri bu reallığı anlamaq əvəzinə Əsədin xislətini çəkirlər”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri