Türkiyənin 47 şəhərində İŞİD ə qarşı əməliyyat: 298 şübhəli qandallanıb Onlara rahat nəfəs almasına imklan verilməyəcək
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin 47 şəhərində İŞİD-ə qarşı növbəti əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, son iki həftə ərzində 47 şəhərdə baş tutan uğurlu əməliyyatla terror təşkilatı İŞİD-ə bu və ya digər formada yardım göstərən 298 nəfər saxlanılıb: "Adana, Adıyaman, Ağrı, Amasya, Ankara, Antalya, Aydın, Balıkəsir, Biləcik, Bolu, Bursa, Çorum, Dənizli, Diyarbakır, Düzce, Elazığ, Qaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kırıkkale, Kırşehir, Konya, Kocaeli Nevşehir, Ordu, Sakarya, Samsun, Sivas, Şanlıurfa, Tekirdağ, Yalova Yozgat və digər bölgələrdə İŞİD terror təşkilatına maliyyə vəsaiti və təşkilatın təbliğatını aparanlar bir-bir aşkarlanaraq qandallanıblar. Əməliyyatlar zamanı onlardan sənədsiz tapançalar və çoxsaylı təşkilati sənədlər götürülüb".
Nazir qeyd edib ki, heç bir terror təşkilatı üzvlərinin ölkədə rahat nəfəs almasına imkan verilməyəcək.
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 May 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















