Türkiyənin ABŞa etdiyi təklifin detalları yayıldı: Qoşunlarını Suriyadan çıxarsan...
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Türkiyə ABŞ-a Amerika qoşunlarının çıxarılması müqabilində Suriyada İslam Dövləti ( İŞİD) ilə mübarizənin məsuliyyətini öz üzərinə götürməyi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
“Türkiyə Vaşinqtona təklif edib ki, Birləşmiş Ştatlar qoşunlarını çıxarsa və kürdlərə hərbi dəstəyi dayandırarsa, ordusu Suriyada İslam Dövləti ilə mübarizəni öz üzərinə götürə bilər”, - nəşr yazır.
Agentliyin məlumatına görə, Amerika tərəfi hələlik təklifə cavab verməyib. Materialda qeyd olunur ki, Donald Tramp prezident seçkilərində qalib gəldikdən sonra Vaşinqtonun “əlləri bağlıdır” .
Agentlik vurğulayır ki, Türkiyə Suriyada əsas oyunçulardan biridir, çünki o, kürd qüvvələrinə qarşı mübarizəni ekzistensial hesab edir. Öz növbəsində ABŞ kürd qüvvələrini İslam Dövlətini məğlub etməkdə mühüm amil hesab edir.
Tural
Baxış sayı:122
Bu xəbər 02 Dekabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















