Icma.az
close
up
RU
Türkiyənin adamı hazırıq dedi Ərdoğandan iki düşməni narahat edən həmlə

Türkiyənin adamı hazırıq dedi Ərdoğandan iki düşməni narahat edən həmlə

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa hökumətin martın 10-da “demokratik qüvvələr” adı altında fəaliyyət göstərən PKK/YPG terrorçuları ilə əldə edilən razılaşmanın icrasına hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, terrorçuların media və hökumətlə müzakirələrdə dedikləri arasında ziddiyyətlər var. Bu səbəbdən Dəməşq konkret detallar tələb edir. Sazişin icrası üçün ilin sonuna qədər zaman olduğunu vurğulayan Şaara, beynəlxalq aktorların Suriyanın şimal-şərqindəki problemin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu gün Suriyada çox ciddi proseslər baş verir:

“Mövcud proseslər daha çox təsir gücü uğrunda mübarizə ilə bağlıdır. Türkiyənin iştirakı ilə Suriyada baş verən hakimiyyət dəyişikliyi bəzi gücləri, xüsusilə Rusiya və İsraili narahat edir. Ona görə də müəyyən dairələr yenidən vətəndaş müharibəsi yaratmaqla mövcud hakimiyyəti devirməyə çalışırlar. Müxtəlif qüvvələr və proksi qruplar vasitəsilə Əhməd Əl Şaraa hakimiyyətinə təzyiq göstərmək, onu zəiflətmək niyyətləri mövcuddur. Lakin bu cəhdlər hələlik nəticəsizdir.

Mübarizə uzun müddət davam edəcək. Digər tərəfdən Əhməd Əl Şaraanın prezidentliyi Türkiyə üçün təhlükəsizlik məsələsi hesab olunur. Rəsmi Ankaranın xarici siyasətinin əsas istiqamətlərindən biri də məhz budur. Bəşər Əsəd hakimiyyətdə olduğu vaxtlarda Suriyada terror təhlükəsi yüksək idi. Terrorçular hazırlanır, silah-sursatla təmin edilirdi ki, bu da Ankaranın terrorla mübarizəsini çətinləşdirirdi. Hazırkı hakimiyyət isə əksinə, Türkiyənin terrora qarşı mübarizə aparmasına və öz təhlükəsizliyini təmin etməsinə şərait yaradır”.

Həmçinin oxuyun:

Şaranın Avropaya ilk səfəri – Bakı və Ankaranın düşməni ilə niyə görüşür?


Kənan Novruzov

Ekspert bildirib ki, hakimiyyət dəyişikliyindən sonra Türkiyənin terrorla mübarizəsində mühüm nəticələr əldə olunub:

Terror təhlükəsi demək olar ki, minimuma endirilib. Prezident Rəcəb Tayyib Ərdoğan da bu nəticəni əldən vermək istəmir.

Lakin Suriyanın daxilində qarışıqlıq yaratmaq cəhdləri hələ uzun müddət davam edəcək. Paralel olaraq, Ərdoğan hakimiyyəti gücləndirəcək, Əhməd Əl Şaraanın isə keçid dövrü prezidenti olması səbəbindən postunu tərk etməsi mümkündür. Onun yerinə gətiriləcək yeni rəhbərin də Türkiyəyə yaxın, daha güclü siyasi sima olması istisna deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri