Türkiyənin Ərdəhan Universitetində Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd edilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ankara, 17 oktyabr, AZƏRTAC
Türkiyənin Ərdəhan Universitetində Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin tələbə və müəllim heyəti, iki qardaş ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən professor Şurəddin Məmmədli Azərbaycanda dövlətçiliyin təşəkkülü prosesi barədə iştirakçılara ətraflı məlumat verib, Ümummilli Lider Heydər Əliyevin ölkənin xilasında və inkişafında misilsiz xidmətlərini vurğulayıb.
Çıxışda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edilib.
Ş. Məmmədli türk xalqları arasında mədəni yaxınlaşmada daha bir körpü rolunu oynayan ortaq türk əlifbasının qəbul edilməsinin vacibliyini də vurğulayıb.
Tədbir Azərbaycanı vəsf edən şeirlər və musiqili proqramla davam edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















