Türkiyənin “Habertürk və Show TV” kanallarına əl qoyuldu Bu ittihamlar irəli sürülüb
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Küçükçekmece Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində "Can Holding" və onun tərkibindəki şirkətlərə qarşı əməliyyat keçirilib.
"AzPolitika" Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, "Habertürk" və "Show TV" də daxil olmaqla holdinqin bir sıra müəssisələrinə əl qoyulub, 10 nəfər barəsində həbs qərarı çıxarılıb.
Prokurorluğun açıqlamasına görə, "Can Holding" şirkətləri üzərindən - cinayətkar təşkilat qurmaq, dələduzluq, qaçaqmalçılıq, çirkli pulların yuyulması kimi əməllər törədilib.
Əməliyyat zamanı holdinq rəhbərlərindən Kenan Tekdağ evində saxlanılıb. Lakin əməliyyatdan xəbər tutan Mehmet Şakir Can və Kemal Canın qaçdığı iddia olunur.
Əməliyyat çərçivəsində Doğa Koleji, İstanbul Bilgi Universiteti, Energy Petrol, Golden Hill otelləri, Özel Mediza Xəstəxanası, Vip Transport kimi qurumlara da əl qoyulub və onlar TMSF-nin idarəsinə keçib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 11 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















