Icma.az
close
up
RU
Türkiyənin hakim partiyasının sədr müavini Zəngəzur dəhlizinin əhəmiyyəti barədə paylaşım edib

Türkiyənin hakim partiyasının sədr müavini Zəngəzur dəhlizinin əhəmiyyəti barədə paylaşım edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 5 iyul, AZƏRTAC

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşat Zorlu Zəngəzur dəhlizinin açılması istiqamətində birgə səylərin əhəmiyyətindən bəhs edib.

AZƏRTAC xəbər verir ki, K.Zorlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirakı haqqında sosial şəbəkələrdə paylaşım edib. O, Türkiyə və Azərbaycan liderlərinin dialoqunu iki ölkənin qardaşlığının sarsılmazlığı rəmzi adlandırıb. Partiya sədrinin müavini qeyd edib: “Prezident Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycanı, sadəcə, dostluq deyil, möhkəm qardaşlıq əlaqələri birləşdirir. “Bir millət, iki dövlət” kəlamı xüsusi məna ilə zənginləşib. Ölkələrimiz tarixin ən kritik və mühüm məqamlarında dəfələrlə bir-birinə dəstək nümayiş etdirib”.

Siyasətçi bildirib ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan deyil, bütün region üçün yeni imkanlar yaradacaq. Onun paylaşımında qeyd olunur: “Bu marşrut təkcə geosiyasi deyil, həm də geoiqtisadi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi Türk dünyası ölkələrini daha çox yaxınlaşdıracaq, həmçinin Orta Dəhliz üçün strateji stimul olacaq. Türkiyə Prezident Ərdoğanın rəhbərliyi ilə bu məqsədə çatmaq istiqamətində qətiyyətli səylərini davam etdirəcək. Zəngəzur dəhlizinin açılması üzrə atılan birgə addımlar həm Türkiyə, həm də bütün Türk dünyası üçün tarixi prosesdir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri