Icma.az
close
up
RU
Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri: Azərbaycanlı qardaşlarımız COP31 a Türkiyənin namizədliyində bizə dəstəkdirlər

Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri: Azərbaycanlı qardaşlarımız COP31 a Türkiyənin namizədliyində bizə dəstəkdirlər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bonn, 24 iyun, AZƏRTAC

Ötən il COP29 bizim qardaş dövlətimiz, ölkəmiz, öz yurdumuz hesab etdiyimiz və bizi qardaş qəbul edən Azərbaycanda keçirildi və çox önəmli qərarlar qəbul olundu. Bir sıra problemli qərarlar öz həllini məhz Azərbaycanda baş tutan COP29-da tapdı.

Bu barədə AZƏRTAC-a müsahibəsində Bonn İqlim Sammitinin iştirakçısı, Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri Halil Hasar deyib.

“Bunlardan biri maliyyə məsələsi idi: 300 milyard dollarlıq maliyyə hədəfi haradan qaynaqlanacaq? - yatırımlar hesabına, yoxsa kənardan daxil olacaq təşkilat və ya maliyyə qurumlarınım vəsaiti hesabına. Daha sonra “Bakıdan Belemə Yol Xəritəsi” üzrə 1.3 trilyon dollarlıq ambisiyalara çatmaq hədəfi təyin olundu. Bu, çox vacibdir. Lakin bu qərarın alınması qədər, onun icrası da çox böyük əhəmiyyət kəsb edir. Bonn İqlim Sammitində bu maliyyələşmə mexanizminin necə formalaşdırılacağını müzakirə etsək də, yekun qərar Belemə qaldı. Buna görə “Bakıdan Belemə Yol Xəritəsi” üzrə 1.3 trilyon dollarlıq hədəfin reallaşması üçün tərəflər səy göstərir. Fikrimcə, COP30-un qarşısında bir neçə önəmli hədəf durur. Bunlardan biri məhz maliyyədir. Orada bu məsələnin həllinin tapılıb-tapılmayacağına dair fikrim yoxdur. Ancaq Bakıda reallaşan müzakirələr göstərdi ki, çətin olsa da, amma bir şəkildə mütləq olacaq.

Həmçinin Bakıda İqlim dəyişmələri və ədalətli keçid, “uzlaşma indikatorları” isə bu keçid prosesindəki irəliləyişi ölçmək üçün istifadə edilən göstəricidir. 2000 ilə 4000 arasında “uzlaşma indikatorları” ifadəsi var.

COP30 komandasına COP29 Sədrliyinin, yəni Azərbaycanın kömək edəcəyini bilirik. Bonn İqlim Sammitində də bu davam etdi.

Braziliya komandasının fəaliyyətini uzun illərdir ki, izləyirik. Çox təcrübəli bir komandadır. Həm COP sədrləri, həm COP icraçı direktoru Ana Toni olsun, digər üzvlər olsun, güclü bir komandadır. Ancaq Azərbaycanın köməyinə ehtiyacları var.

Biz Türkiyə olaraq COP30, COP29-da Azərbaycana əlimizdən gələn bütün dəstəyi göstərdik. Bu bizim vəzifəmizdir. Gözləyirdik ki, COP29 Sədrliyi, yəni Azərbaycan - bizim qardaşlarımız, COP31 üçün Türkiyənin namizədliyində bizə dəstək göstərsinlər. Bunu da göstərdilər, hər mövzuda həm dəstəklərini göstərirlər, həm də yanımızda olurlar. Mən bu vəsilə ilə ölkəm adından Azərbaycana minnətdaram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri