Icma.az
close
up
RU
Türkiyənin İran və Ukrayna ilə münasibətlərində müstəqil olması Qərbi narahat etməyə başlayıb

Türkiyənin İran və Ukrayna ilə münasibətlərində müstəqil olması Qərbi narahat etməyə başlayıb

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ-ın "Politico" nəşri yazır ki, İran bombası reallığa çevriləcəksə, bu, Türkiyəni də nüvə bombası yaratmağa məcbur edəcək. Bir neçə il əvvəl də Qərb mediası Türkiyənin nüvə silahı olduğunu, amma bunu gizlətdiyi ilə bağlı məlumatlar yaymışdı. Bu xəbərlər niyə yayılır? Türkiyənin belə bir potensialı varmı?

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “İran və Ukraynanın nüvə silahına sahib olmasının müxtəlif səbəbləri ola bilər. Onlardan biri odur ki, bu ölkələr həqiqətən belə bir mərhələyə qalxa biliblər. Buna səbəb, İranın uzun illərdir bu texnologiyanı əldə etməyə çalışmasıdır. Bu gün belə bir mərhələyə çatmış ola bilər. Ukraynaya gəlincə, Rusiyaya qarşı qərb dövlətləri tərəfindən dəstəklənə və belə bir güc əldə etməsi istənilə bilər”.

Kərəm Qarabulud

Kərəm Qarabuludun fikrincə, ola bilər ki, bu ölkələr elə bir mərhələyə gəlib çatmayıb, amma bu xəbərlər bilərəkdən yayılıb, xüsusilə İranı vurmağa çalışırlar.

“Ukrayna ilə Rusiyanı qorxutmaq cəhdləri ola bilər. Türkiyə kimi qonşu dövlətləri narahat etməklə Qərbin tərəfində olmaq cəhdləri ola bilər. Çünki Türkiyənin həm İran, həm də Ukrayna ilə münasibətləri müstəqil bir ölkənin olması ehtiyac duyulan və düzgün siyasətlərdir. Qərb ölkələri bu vəziyyəti o qədər də xoşlamır”-deyə Kərəm Qarabulud bildirib.

Professorun fikrincə, Türkiyə indiki mövqeyini və ətraf mühitdəki təhlükələri nəzərə alaraq hər zaman nüvə silahına sahib olmaq hüququna sahib olan bir ölkədir.

“Türkiyə heç bir sərvətini işğal və ya öldürmə məqsədi ilə deyil, Atatürkün dediyi kimi “yurdda sülh, cahanda sülh” üçün istifadə edən bir ölkədir”-deyən professorun fikrincə, digər səbəb Türkiyə ilə İran arasında nifaq salmaq cəhdləri ola bilər. Kərəm Qarabulud qeyd edib ki, bu gün bir çox ölkələrin nüvə silahı var. Beynəlxalq təşkilatlar onlardan istifadənin qarşısını almaq üçün çox güclü qanunlar və qaydalar hazırlamalıdırlar. Əks halda, bəşəriyyət özünü məhv edən bir canavara çevrilə bilər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri