Türkiyənin keçmiş xarici işlər naziri Sinirlioğlu ATƏTin yeni baş katibi olub
Icma.az, Aznews.az saytına istinadən bildirir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni baş katibi Türkiyə Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri , Türkiyənin BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu olub.
Bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq məlumat verib.
“ATƏT-in yeni rəhbərliyini təbrik edirik! Feridun Sinirlioğlu (Türkiyə) baş katibdir”, - o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Eyni zamanda, Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Mariya Telalyan (Yunanıstan), Kristof Kamp (Hollandiya) ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yan Bratu (Norveç) isə KİV azadlığı üzrə nümayəndə olublar.
Mövsüm
Aznews.az

Firidun Sinirlioğlu ATƏTin baş katibi seçilib
07 Dekabr 2024 15:07
Türkiyənin keçmiş xarici işlər naziri ATƏTin baş katibi oldu
06 Dekabr 2024 22:45
Feridun Sinirlioğlu ATƏTin yeni baş katibi oldu
06 Dekabr 2024 16:53
Feridun Sinirlioğlu ATƏTin yeni Baş katibi oldu
06 Dekabr 2024 17:23

