Türkiyənin milli təhsil naziri: COP29 kimi böyük bir tədbirin qardaş Azərbaycanda keçirilməsi bizi sevindirir Doğru Xəbərlər
Icma.az bildirir, Dogru.az portalına istinadən.
COP29 çərçivəsində bir sıra görüşlərimiz olacaq. İndi isə COP29-da Türkiyənin “Sıfır tullantı” mövzusunda hazırlanan stendini ziyarət etdik. Bu qədər böyük bir tədbirin qardaş ölkə Azərbaycanda yüksək səviyyədə keçirilməsi bizi sevindirir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 konfransı çərçivəsində Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin Türkiyə pavilyonunu və Yaşıl Zonada yerləşən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Sıfır tullantı” mövzusunda hazırlanan stendini ziyarəti zamanı deyib.
“Bu dünya hər birimizindir. Dünyanı gələcək nəsillərə sağlam şəkildə miras qoya bilmək üçün hər birimizin üzərinə məsuliyyət düşür. Hazırda yaşadığımız dünyada uşaqlarımızın və nəvələrimizin də haqqı var. COP29 da məhz bu mövzulara diqqət çəkməyi hədəfləyib. Konfrans çərçivəsində dünyada sülh, azadlıq və təbiətdən istifadə mövzularındakı problemlərə birlikdə həll tapa bilərik”, – deyə Türkiyənin milli təhsil naziri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















