Icma.az
close
up
RU
Türkiyənin mövqeyi dəyişməzdir: Əvvəlcə sülh, sonra sərhəd

Türkiyənin mövqeyi dəyişməzdir: Əvvəlcə sülh, sonra sərhəd

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsmail Cingöz: “Paşinyanın planı seçkiyə hesablanıb, Türkiyə və Azərbaycan isə uzunmüddətli sülhü hədəfləyir”

Cənubi Qafqazda Ermənistan-Türkiyə münasibətləri uzun müddətdir diqqət mərkəzindədir. “Bloomberg”in məlumatına görə, Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir. Mənbə bildirir ki, bu addım Ermənistanın Azərbaycanla diplomatik irəliləyişinə və Baş nazir Paşinyanın gələcək seçkilərində mövqeyinə təsir edə bilər. Eləcə də Paşinyan seçkilərdə qalib gələrsə, Azərbaycanla sülh sazişi və Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpası mümkün ola biləcəyi qeyd olunur.

Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a açıqlamasında Türkiyənin mövqeyinin məlum olduğunu söylədib:

"Türkiyənin Ermənistanla normallaşma və sərhəd qapılarının açılması məsələsi uzun müddətdir ki, gündəmdə yer alır. Türkiyənin mövqeyi məlumdur. 1993-cü ildə sərhədləri bağlayarkən Ankara şərt olaraq Azərbaycan və Ermənistan arasında qalıcı sülhün əldə olunmasını, sərhədlərin müəyyənləşdirilməsini, həmin dövrdə işğal altında olan torpaqların azad edilməsini və eyni zamanda Ermənistan Konstitusiyasında Türkiyə və Azərbaycandan torpaq tələbi irəli sürən maddələrin çıxarılmasını tələb etdi. Bu məsələni hər dəfə Türkiyə vurğulayır. Hazırda Ermənistan 2-ci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatı nəticəsində işğal altında saxladığı ərazilərdən çıxarılıb. Paşinyan hökuməti isə siyasi gələcəyini Türkiyə ilə quru sərhədlərinin açılmasına və normallaşmaya bağlamış vəziyyətdədir. Çünki Ermənistan əhali və iqtisadiyyat baxımından davamlı şəkildə geriləyir və demək olar ki, əhali olaraq yox olma həddinə çatıb. İqtisadi çətinlikləri gündən-günə ağırlaşan erməni xalqı ölkəni tərk etməyin yollarını axtarır. Məhz buna görə Paşinyan sərhədlərin açılmasını, ticarətin başlamasını və xalqın iqtisadi rifahının yüksəldilməsini bir vəzifə kimi qarşısına qoyub. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və qalıcı sülh sazişi üzrə bir neçə maddə istisna olmaqla, ciddi irəliləyiş əldə olunub, lakin hələ də yekun saziş imzalanmayıb. Konstitusiya müddəalarının dəyişdirilməsi məsələsinə gəlincə, Paşinyan bunun 2026-cı ildə keçiriləcək seçkilərdən sonra həll edilməli olduğunu qeyd edir. Lakin o, sərhədlərin seçkilərdən əvvəl açılmasını, normallaşmanın başlamasını, konstitusiya dəyişikliklərinin isə seçkilərdən sonrakı dövrə saxlanmasını istəyir".

Politoloq vacib bir məqama da diqqət çəkib:

"Burada unudulmamalı bir məqam var. Əgər Paşinyan seçkilərdə uduzarsa və yeni Ermənistan hökuməti Türkiyə və Azərbaycana qarşı düşmən mövqe sərgiləməyə başlayarsa, proses yenidən təhlükə altına düşəcək. Buna görə Türkiyə və Azərbaycan konstitusiya dəyişikliklərindən sonra sərhədlərin açılması və normallaşmanın başlanması məsələsində israr edir. Çünki yeni hökumətin hansı mövqeyi tutacağı bəlli deyil. Paşinyan qalib gələrsə, problem olmayacaq kimi görünür, lakin fərqli bir hökumət iş başına gələrsə və Türkiyə əleyhinə siyasət yürüdərsə, vəziyyət tamamilə başqa istiqamətə gedə bilər. Bu səbəbdən Ermənistan Baş naziri Paşinyanın seçkilərdən əvvəl sərhədlərin açılması və normallaşma prosesini xalq qarşısında bir siyasi uğur kimi təqdim etməyi planlaşdırdığı anlaşılır. “Sərhədləri açdım, Türkiyə ilə normallaşdıq, artıq sərhəd ticarəti də daxil olmaqla ölkənin iqtisadi vəziyyəti yaxşılaşacaq” kimi mesajlarla xalqın dəstəyini almağı hədəfləyir". 

Ekspert Ermənistan və Paşinyan hökumətinin öz planları olduğu kimi, Türkiyə və Azərbaycanın da beynəlxalq hüquq çərçivəsində formalaşdırdığı uzunmüddətli planlarının olduğunu bildirib: 

"Paşinyan daha çox qısamüddətli seçkilər üçün öz mövqeyini gücləndirmək məqsədilə addımlar atmaq istəyirsə, Türkiyə və Azərbaycan uzunmüddətli düşünərək qalıcı sülhü və bunun ardınca normallaşmanı hədəfləyir. Bir sözlə erməni baş nazir qısamüddətli siyasi qazanc axtararkən, Türkiyə və Azərbaycan bölgədə dayanıqlı sülhə aparan prosesi sürətləndirməyə çalışır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri