Türkiyənin Nazirlər Kabinetinin toplantısı başlayıb
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) toplantısı başlayıb və iclasın gündəmində İstanbulda aparılan fond istintaqı, "Terrorsuz Türkiyə" prosesindəki son hadisələr və xarici siyasət yer alır.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, kapital bazarlarındakı əməliyyatlarla bağlı aparılan istintaqın son vəziyyəti qiymətləndiriləcək.
Belə ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində daha əvvəl 46 hüquqi şəxs, 18 fond və 42 fiziki şəxs olmaqla, ümumilikdə 106 şəxs və təşkilat barəsində əmlak tədbirinin tətbiq edilməsi tələb edilib. Son olaraq 45 şirkət və 19 fond barəsindəki əmlak tədbirləri ləğv olunub.
NK digər bir mühüm gündəm maddəsi "Terrorsuz Türkiyə" prosesi olacaq. Prosesin bundan sonrakı mərhələsində atılması planlaşdırılan qanuni addımların da iclasda müzakirə edilməsi gözlənilir.
İclasda regional və beynəlxalq hadisələrin də qiymətləndirilməsi gözlənilir. Türkiyənin xarici siyasət gündəmindəki hadisələr və regional təhlükəsizlik məsələləri masaya yatırılacaq.
Ərdoğanın ictimaiyyətə açıqlamalar verəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 28 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















