Icma.az
close
up
RU
Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin FOTOLAR

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin FOTOLAR

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Dörd fəslin yaşandığı gözəl Türkiyə yalnız yay aylarında deyil, payız mövsümündə də unudulmaz mənzərələr və rəngarəng istirahət imkanları ilə seçilir. Əksər insanların isti yay aylarında üz tutduğu məşhur guşələr payızda da bir o qədər cazibədar olur.Türkiyədə  payızda  ən gözəl istirahət edə biləcəyiniz məkanları sizə təqdim edirik.

Sözsüz  Türkiyəyə gələn turistlər daha çox, ölkənin ən gəzməli şəhəri olan  İstanbulu seçir. İstanbulda isə turistlərin ən çox grtdikləri məkanlardan biri   Ağvadır. Şəhərin gurultusundan uzaqlaşmaq istəyənlərin tez-tez üz tutduğu bu bölgə yalnız dənizi ilə deyil, həm də bol yaşıllığı və tarixi abidələri ilə tanınır. Xüsusilə payızda Göksu çayının sahilində yaranan mənzərə mütləq görülməlidir. Burada səyahət edənlər Şilə qalasına baş çəkə, Ağva fənərində gün batımını izləyə, Ağlayan Qayanın qarşısında təbiətin gözəlliyinə tamaşa edə bilərlər. Həmçinin Kilimli marşrutu boyunca təbiət yürüşünə çıxmaq, Göksu çayında qayıq turuna qatılmaq və çay kənarındakı restoranlarda yerli yeməkləri dadmaq ziyarətçilərə unudulmaz anlar bəxş edir.

Turistlərin daha bir sevimli məkanı da Boludur. Bu  şəhərdə yerləşən Yedigöller Milli Parkı isə payızın rənglərini ən yaxşı şəkildə əks etdirən təbiət möcüzələrindən biridir. Adından da göründüyü kimi, burada Böyük, Kiçik, Sərin, Dərin, Sazlı, Nazlı və İnce adlı yeddi göl mövcuddur. Bu gölləri əhatə edən sıx meşələr qırmızı, sarı və yaşılın saysız çalarları ilə nağılvari mənzərə yaradır. Burada qonaqlar göllər ətrafında yürüş edə, təbiətin qoynunda kamp qura, Kapankaya təpəsinə qalxaraq məşhur Pisagor ağacını və Gülən Qayaları görə bilərlər. Eyni zamanda maral yetişdirmə təsərrüfatını ziyarət etmək və Yığılca Saklıkent şəlaləsində foto çəkdirmək bölgənin ən sevilən fəaliyyətlərindəndir.

Payızda xüsusi gözəlliyə bürünən bölgələrdən biri də Kocaelidə yerləşən Maşukiyədir. “Maşukiyəyə payızda gələn aşiq olar” – deyimi buranı ən yaxşı təsvir edən ifadələrdən biridir. Sıx meşələr, gur şəlalələr, bulaqlar və kənd həyatının səmimiyyəti buranı daha da cazibədar edir. Burada qonaqlar Aygır dərəsində məşhur “kiremitdə alabalıq” yeməyini dadaraq bölgənin mətbəx zənginliyini kəşf edə, Sapanca gölündə kanoe və ya su velosipedi ilə səyahət edə bilərlər. Kuzu və Kirazlı yaylalarında dincəlmək, kənd yarmarkasından təzə məhsullar almaq, həmçinin Mələk suyu və Akpınar bulaqlarının buz kimi sularından içmək Maşukiyəni səyahətçilər üçün unudulmaz ünvan edir.

Türkiyənin ən məşhur turizm bölgələrindən biri olan Kapadokya isə həm yerli, həm də xarici turistlərin böyük maraq göstərdiyi məkanlardan biridir. Balon turları ilə dünyada tanınan bu bölgə əslində çox zəngin tarixi və mədəni irsə sahibdir. Tarix boyu saysız-hesabsız sivilizasiyalara ev sahibliyi edən Kapadokya, özünəməxsus təbii quruluşu ilə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Burada Peribacaları və Göreme Milli Parkını kəşf etmək, Aşiq Vadisində gəzinti etmək, Uçhisar qalasına qalxaraq mənzərədən zövq almaq mümkündür. Eyni zamanda Ihlara vadisində yürüş etdikdən sonra çay kənarında bölgəyə məxsus yeməklərin dadına baxmaq, Zelve Ören Yeri və Paşabağ Rahiblər vadisində tarixi kilsələri ziyarət etmək, Ürgüpdəki 3 Gözəlləri və qədim qayalı məzarları görmək turistlərə unudulmaz təcrübələr yaşadır.

Rizenin Çamlıhemşin bölgəsi isə hər zaman dillərdə dolaşan məşhur Ayder yaylası ilə tanınır. Payız mövsümündə bu bölgə xüsusilə təbiət həvəskarlarının sevimli ünvanına çevrilir. Burada Gəlin Tülü şəlaləsi, Gito yaylası, Tunca vadisi təbiət parkı, Mikron körpüsü, Makrevis məhəlləsi və daha bir çox təbiət möcüzəsi ziyarətçiləri gözləyir. Qaçkar dağları və Milli Parkı, Pokut yaylası, Fırtına çayı üzərindəki Şenyuva körpüsü, Palovit şəlaləsi və Zil qalası isə bölgənin simvolik ünvanlarındandır. Çamlıhemşin payızın sərin havasında qonaqlarına həm sakitlik, həm də möhtəşəm mənzərələr bəxş edir.

Türkiyə payızda səyahət etmək istəyənlərə saysız-hesabsız seçim imkanı təqdim edir. İstanbula yaxın Ağva, rəngarəng Yedigöller, təbii gözəllikləri ilə Maşukiyə, tarixi ilə məşhur Kapadokya və dağları ilə seçilən Çamlıhemşin – bunlar qısa istirahət üçün seçiləcək ən gözəl ünvanlardan yalnız bir neçəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri