Icma.az
close
up
RU
Türkiyənin Qəzza planı Əsas hədəf sığınacaq və yenidənqurma işləri olacaq

Türkiyənin Qəzza planı Əsas hədəf sığınacaq və yenidənqurma işləri olacaq

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misirdə keçirilən Qəzza zirvəsindən qayıdan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bundan sonra Qəzza üçün atacağı addımlar barədə ətraflı açıqlama verib. 

Dövlət başçısı,Türkiyə Silahlı Qüvvələrinin bölgəyə göndərilib-göndərilməyəcəyi ilə bağlı suala cavab verməsə də, humanitar yardım və bərpa istiqamətində konkret planların hazır olduğunu bildirib.

Ərdoğan deyib ki, atəşkəsin daimi olması və İsrailin əvvəlki kimi razılaşmanı pozmaması əsas məsələdir:“İsrailin atəşkəs razılaşmalarını pozmaqla bağlı çox pis keçmişi var. Bu dəfə həm Türkiyə, həm ABŞ, həm də digər ölkələr atəşkəsin qorunması üçün qətiyyətlidir. Əgər vəziyyət yenidən soyqırıma çevrilərsə, bunun bədəli çox ağır olacaq. İsrail də bunu çox yaxşı bilir".

Prezident əlavə edib ki, Misirdəki  zirvədə ABŞ Prezidenti Donald Tramp, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Qətər Əmiri Əl Sani ilə birlikdə "Qalıcı Barış Üçün Tramp Anlaşması” sənədinə imza atılıb.

“Bu sənəd, bölgədə iki ildən çoxdur davam edən acı və itkiləri dayandırmaq, Qəzza üçün yeni bir səhifə açmaq məqsədi daşıyır. İmzalanan razılaşma, fələstinlilər və israillilər daxil olmaqla bütün xalqlar üçün sabitlik və təhlükəsizlik təmin edəcək", - Ərdoğan bildirib.

Prezident qeyd edib ki, atəşkəsin qüvvəyə minməsindən sonra Türkiyə dərhal humanitar yardımları artırıb:“Bu günə qədər 350 tır Qəzzaya daxil olub. Biz yalnız qida, su və dərman göndərmirik, həm də qardaşlıq və ümid göndəririk. Qış gəlmədən insanların sığınacaq ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni edəcəyik".

Ərdoğan həmçinin Türk Kızılayı, AFAD, TİKA və Səhiyyə Nazirliyinə təşəkkür edib və yaralı fələstinlilərin Türkiyədəki şəhər xəstəxanalarında müalicə olunacağını vurğulayıb.

Prezident bildirib ki, çadırlarda uzunmüddətli qalmaq mümkün deyil:“Əgər lazım gələrsə, hazırda ölkəmizdə olan konteynerləri Qəzzəyə göndərə bilərik. Bu konteynerlər qış mövsümündə insanların yaşayışı üçün daha yaxşı şərait yaradacaq. AFAD bu prosesi üzərinə götürəcək".

Ərdoğan qeyd edib ki, Qəzzada sülhün qorunması məsələsində ABŞ Prezidenti Donald Trampla daimi əlaqə saxlanılacaq:“Tramp bu prosesin əsas izləyicisi olacaq. Biz telefon diplomatiyasını davam etdirəcəyik. Qəzzada sabitliyin təmin olunması üçün bütün səviyyələrdə əməkdaşlıq aparılacaq".

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri