Icma.az
close
up
RU
Türkiyənin TÜRPAV Fondunun rəhbəri: Qərbi Azərbaycan məsələsində ədalətin zəfər çalacağına inanırıq

Türkiyənin TÜRPAV Fondunun rəhbəri: Qərbi Azərbaycan məsələsində ədalətin zəfər çalacağına inanırıq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 23 may, AZƏRTAC

“Biz tam inanırıq ki, azərbaycanlıların Qərbi Azərbaycana qaytarılması səyləri uğurla nəticələnəcək və tarixi ədalət zəfər çalacaqdır”.

Bu fikri AZƏRTAC -a müsahibəsində Türkiyə Strateji və Siyasi Araşdırmalar Fondunun (TÜRPAV) İdarə Heyətinin sədri, Ankaranın Qazi Universitetinin müəllimi Sinan Demirtürk bildirib.

Mayın 21-də Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfransın yekunlarını şərh edən agentliyin həmsöhbəti əmin olduğunu bildirib ki, Qərbi Azərbaycan mövzusu beynəlxalq hüququn gündəmində qalmalıdır. “Bu, təkcə Azərbaycanda deyil, Türkiyədə də qeyri-hökumət təşkilatları və insan hüquqlarının müdafiəsi strukturları tərəfindən irəli sürülməli bir məsələdir”, - deyə Ankara fondunun rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycan mövzusu da TÜRPAV tərəfindən öyrənilən mövzulardan biri olaraq qalır, burada son əsrlərdə Cənubi Qafqazda baş verən tarixi proseslərin bütün spektri təhlil edilir. “Biz əminik ki, Azərbaycan tarixinə Qərbi Azərbaycandan ayrı baxmaq olmaz”, - deyə TÜRPAV rəhbəri bildirib.

Ekspert diqqəti müxtəlif dövrlərdə, o cümlədən Azərbaycan torpaqlarının işğalı illərində ermənilərin törətdikləri qanlı cinayətlərə yönəldib. “Xocalı soyqırımı ermənilərin tarixi cinayətlər zəncirinin sadəcə bir həlqəsidir”, - deyə o, qeyd edərək, TÜRPAV-ın ermənilərin yalanlarının ifşa olunmasına və Cənubi Qafqaz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verməyə çalışdığını əlavə edib.

S.Demirtürk əmin olduğunu bildirib ki, Ankara və Bakı birlikdə ermənilərin qanlı cinayətlərinin təkrarlanmasına son qoya biləcəklər. “Əgər İrəvan qonşu ölkələrlə münasibətlərin real şəkildə normallaşmasında və davamlı sülhün əldə olunmasında maraqlıdırsa, o zaman ilk növbədə Türkiyə və Azərbaycana qarşı istənilən ərazi iddialarının xatırlatmasından çəkinməlidir. Bu, həm də Ermənistanın hazırkı konstitusiyasının preambulasına yenidən baxılmasına da aiddir. Ermənistan uzun müddət ölkələrimizə hücum etdiyinə görə, Ankara və Bakıdan rəsmi üzr istəməlidir”, - deyə ekspert sözünü yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri