Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış tarixi ədalətin tələbidir!

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin tələbidir!

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Mayın 21-də Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. Qərbi Azərbaycan İcmasının və “Azərbaycan–Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə keçirilən konfransa Azərbaycan və Türkiyədən 250-yə yaxın iştirakçı qatılıb. O cümlədən tədbirin işində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala, sədr müavini Zafer Sırakaya, Türkiyə parlamentinin komitə sədrləri, sədr müavinləri və digər üzvləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, universitet  rektorları, elm və iş adamları, media mənsubları iştirak ediblər.

Tədbirin açılışında Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub və Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb. Daha sonra Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məsclisinin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb. Sonra konfrans öz işini panel müzakirələrlə davam etdirib.

Sonda iştirakçılar adından konfransın yekun sənədi qəbul edilib. Sənəddə XX əsrin müxtəlif mərhələlərində Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların sistemli etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından zorla çıxarıldıqları, bu proses nəticəsində yüz minlərlə Qərbi azərbaycanlının qaçqın vəziyyətinə düşdüyü, onların mədəni irsinin məhv edildiyi vurğulanıb. Sənəddə, həmçinin Ermənistan hökuməti Qərbi azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını qeyd-şərtsiz təmin etməyə və bunun üçün beynəlxalq hüquqa uyğun real addımlar atmağa çağırılıb.

Tədbir iştirakçıları Prezident İlham Əliyevin Qərbi Azərbaycana sülh yolu ilə qayıdış məsələsində liderliyini, beynəlxalq hüququn aliliyinə sadiqliyini və ədalətin bərpasına yönəlmiş səylərini yüksək qiymətləndirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın haqq-ədalətə, sülh və barışığa möhkəm dəstəyini alqışlayıblar.

***

Qeyd edək ki, azərbaycanlıların öz tarixi torpaqlarına – hazırda Ermənistanın tərkibində olan Qərbi Azərbaycana qayıtması mövzusu ölkəmiz üçün həmişə siyasi baxımdan həssas məsələ olub. Ancaq Azərbaycanın suveren ərazisinin 20 faizinin erməni işğalı altında olduğu dövrdə rəsmi Bakı bu məsələni indiki qədər gündəmə gətirə bilmirdi. Ölkəmizin bütün potensialı işğal altındakı suveren ərazilərimizin azad edilməsinə yönəlmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən və 2023-cü ildəki 23 saatlıq antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edildikdən sonra bu məsələ aktuallaşıb. Rəsmi Bakı sovet və postsovet dövründə öz doğma yurdlarından didərgin salınmış yüz minlərlə azərbaycanlının vətənə qayıtmaq hüququnu getdikcə daha gur səslə bütün dünyaya bəyan edir. Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans da bunu bir daha təsdiqləyib.

Sözsüz ki, istər Ermənistanda, istərsə də dünya erməniləri ilə bağlı olan müxtəlif xarici çevrələrdə Azərbaycanın bu məsələdə tutduğu mövqe kəskin etiraza səbəb olur. Bu etirazlar çox vaxt açıq isterika mərhələsinə keçir. Lakin tarixi faktları diqqətlə öyrəndikdə Bakının haqlı olduğu şübhə doğurmur. Azərbaycanlıların öz torpaqlarına qayıtması tələbi ərazi iddiası deyil, tarixi ədalətin bərpası və beynəlxalq normalara söykənən Azərbaycan xalqının fundamental hüququnun təmin edilməsidir.

Prezident İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına müraciətində bildirildiyi kimi, Qərbi Azərbaycanda – Ermənistan ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz parçası olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə xidmət etmişdir. Bu mənada dövlətimizin başçısının Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı Ermənistanın aydın mövqe ifadə etməli olmasına dair səsləndirdiyi fikirlər tamamilə əsaslıdır.

Cənab İlham Əliyevin sonrakı fikirləri də mühüm əhəmiyyətə malikdir: “Xüsusi olaraq vurğulamaq istərdim ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir”. Bu fikirlər Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı məsələsində Azərbaycanın rəsmi mövqeyini bir daha aydın şəkildə ortaya qoyduğunu göstərir.

Həqiqətən də, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistanın təqdim etməyə çalışdığı kimi ərazi iddiası deyil. Bu, doğma yurdundan qaçqın düşmüş insanların öz torpaqlarına qayıtmaq hüququnun tanınması məsələsidir. Azərbaycanın mövqeyi BMT-nin müvafiq sənədlərinə və beynəlxalq hüquqa əsaslanır. Yəni hər bir insanın öz doğma yurduna qayıtmaq hüququ var. Bu, siyasi yox, humanitar və hüquqi məsələdir. Ermənistanın qayıdış istəyini məqsədyönlü şəkildə təhrif edərək onu ərazi iddiası kimi təqdim etməsi, əslində, beynəlxalq ictimai rəyə təsir göstərmək və məsələni siyasiləşdirmək cəhdidir. Bu yanaşma konstruktiv dialoqa xidmət etmir və regionda sülhə ziddir.

Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıdışı təkcə ədalətin bərpası deyil, həm də Cənubi Qafqazda həqiqi sülhün formalaşması istiqamətində mühüm addım ola bilər. Bakı sülh şəraitində birgəyaşayış və reinteqrasiya konsepsiyasını təklif edir. Bu kontekstdə Qərbi Azərbaycan rəsmi Bakının geri qaytarılmasını tələb etdiyi ərazi deyil, geri qayıdan yerli əhalinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməli olduğu bölgədir. Ermənistanda və müəyyən Qərb dairələrində bunu necə təhrif etməyə çalışsalar da, reallıq budur.

Yeganə HACIYEVA, 
politoloq

– Deportasiya edilmiş xalqların öz tarixi torpaqlarına qayıtması beynəlxalq hüquqda nəzərdə tutulub. Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsində tanınır və onu bütün ölkələr, o cümlədən deportasiya edilmiş xalqların yerləşdiyi ölkələr üçün hüquqi məcburi tələbə çevirir. Münaqişələr, etnik təmizləmə və ya məcburi repatriasiya səbəbindən insanların köçkünə çevrildiyi və ya deportasiya edildiyi bir çox hallarda bu hüquq tətbiq edilir.

BMT-nin əsas prinsiplərindən biri də Yerli Xalqların Hüquqları Haqqında Bəyannaməsidir. Burada təsbit edilən hüquqların hamısı fundamental insan haqları kimi müdafiə olunan bəşəri dəyərlər toplusuna aiddir.

BMT konvensiyasının vacib prinsiplərindən biri də bütün dünya dövlətlərinin yerli xalqların hüquqlarını, onların tarixi və mədəni irsinin qorunması və hörmət edilməsini təmin etməkdir ki, son illər bunun üçün təsirli tədbirlər görülməsinə ehtiyac yarandığı BMT-nin özü tərəfindən etiraf edilir.

Bunun üçün BMT İnsan Hüquqları Şurasında Yerli Xalqların Hüquqları üzrə Ekspert Mexanizmi kimi köməkçi orqan təsis edilib. Onun mandatı BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsində təsbit edilən yerli xalqların hüquqları, dini, tarixi və mədəni irsinə hörmət edilməsi və qorunması ilə bağlı şuraya ekspert rəyi və məsləhətlər verməklə üzv dövlətlərə bəyannamənin məqsədlərinə nail olmaqda vasitəçilik etməkdir.

Əlbəttə, bu məsələdə üzv dövlətlərin problemlərə yanaşmasında səmimiyyəti vacib rol oynayır ki, deportasiya və repressiya siyasəti ilə monoetnik dövlət formalaşdırmış Ermənistandan belə səmimiyyət gözləmək sadəlövhlükdür. Ermənistanın da qəbul etdiyi Yerli Xalqların Hüquqları haqqında Bəyannamədə yerli xalqların bütün digər xalqlarla bərabər olduğu, eyni zamanda, onların bir-birindən fərqli olmaq, özlərini başqalarından fərqli hesab etmək hüququnun olması və bu hüquqa hörmət etmək öhdəliyi mövcuddur. Lakin bədxah qonşularımızın Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı deportasiya və soyqırımı siyasəti, yerli xalq kimi azərbaycanlıların bəşəriyyətin ümumi irsini təşkil edən sivilizasiyaların və mədəniyyətlərin müxtəlifliyinə və zənginliyinə töhfəsi olan etnik, milli və mədəni irsini dağıtması, milli kodunun dəyişdirilməsi yönündə cinayətləri bəşəri cinayətlər olmaqla götürdüyü öhdəliklərinə ziddir.

Sahib MƏMMƏDOV, 
hüquq müdafiəçisi

– Müxtəlif vaxtlarda Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaları onların təməl hüquqlarından biridir. Bilirsiniz ki, deportasiya 3 mərhələdə həyata keçirilib. Sonuncu mərhələdə deportasiyaya edilənlərlə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Ən azı 250 mindən çox şəxs deportasiyaya məruz qalıb. Əvvəlki dövrdə deportasiya olunanların bir çoxu artıq həyatda deyillər. Onların varisləri var. Amma sonuncu deportasiyaya məruz qalanların əhəmiyyətli hissəsi hələ sağdır. Onlar öz tarixi vətənlərinə qayıtmaq istəyirlər.

Məsələnin hüquqi tərəfi belədir ki, həmin şəxslər, əlbəttə, Azərbaycan vətəndaşlığını qəbul ediblər. Eyni zamanda, onlar Ermənistan vətəndaşlığını itiriblər. Amma BMT-nin Qaçqınların statusuna dair Konvensiyasının birinci maddəsinin “c” bəndində göstərilir ki, mənşə ölkəsinin vətəndaşlığını itirmiş şəxs sonradan könüllü olaraq onu yenidən əldə edə bilər. Bu nöqteyi-nəzərdən soydaşlarımız vətəndaşlığı itirmiş olsalar belə, onu sonradan könüllü surətdə bərpa etmək hüququna malikdirlər. Amma 2022-ci ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin bazasında Qərbi Azərbaycan İcmasının yaradılmasından sonra ermənilər əl-ayağa düşərək vətəndaşlıq haqqında qanunlara dəyişikliklər etdilər. Qayıdış prosesini çətinləşdirmək üçün vətəndaşlıq haqqında qanuna yeni maddə əlavə ediblər. Yəni, Ermənistan bu məsələlərə mane olmaq üçün preventiv tədbirlər görür.

Ancaq biz bu məsələdə israrlıyıq. Biz məsələni beynəlxalq müstəviyə çıxarmağa çalışmalı, üzvü olduğumuz beynəlxalq təşkilatların bununla bağlı qətnamələr qəbul etmələrinə nail olmalıyıq. Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının sonsuzadək pozulmasına yol verməməliyik. Biz diplomatik, siyasi, lazım gələrsə, digər dinc üsullardan istifadə etməklə qayıdışın reallaşması istiqamətində səylərimizi davam etdirməliyik.

Səxavət HƏMİD 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see241

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see176

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see140

Güləş Federasiyasının sabiq vitse prezidenti vəfat edib

21 May 2025 21:56see136

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see131

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see130

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see126

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see125

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see121

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see121

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see121

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see120

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see120

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see120

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see120

Rubio etiraf edir...

21 May 2025 19:47see119

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see118

Cəlal Qurbanova ağır itki

21 May 2025 21:55see118

Lavrov İrəvanda Paşinyana ultimatum verib: Rusiya Ermənistanın “kupça”sını istəyir

21 May 2025 21:57see116

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri