Türkiyənin xarici işlər naziri 5 il əvvəl sui qəsdə məruz qalıb
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan təxminən 5 il əvvəl onu zəhərləmək cəhdinin olduğunu bildirib.
AYNA.AZ xəbər verir ki, bunu Türkiyə diplomatiyasının rəhbəri “24TV” kanalının efirində deyib.
Onun sözlərinə görə, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri olarkən FETÖ terror təşkilatı onu və ailəsini hədəf alıb:
“FETÖ-çülərin və digər mütəşəkkil cinayət qruplarının mənim və ailəmlə bağlı apardıqları təbliğat yəqin ki, dünyanın heç bir yerində görülməyib. Fiziki olaraq sui-qəsdə məruz qaldım, zəhərləndim, müalicə aldım. Bundan başqa, davamlı xarakterli sui-qəsdlərə məruz qalırıq, amma bu, davanın bir hissəsidir. Əvvəllər bunu deməmişəm. Mənə ağır arsen və civə veriblər. Haradasa olub, sonra da analizlərdə üzə çıxıb. Bu səbəbdən 4-5 il müalicə almışam”.
“Bunu kim edib?” sualın cavabında Hakan Fidan deyib “təkcə ölkə daxilində düşmən yoxdur, düşmən hər yerdədir”.
Qeyd edək ki, H. Fidan 2023-cü ildə Türkiyə diplomatiyasının rəhbəri vəzifəsinə başlayıb. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, Türkiyənin Milli İstihbarat Təşkilatına rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 10 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















