Icma.az
close
up
RU
Türkiyənin YENİ qorxunc silahı Azərbaycanın da olacaqmı?

Türkiyənin YENİ qorxunc silahı Azərbaycanın da olacaqmı?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Aparıcı türk müdafiə sənayesi şirkəti olan ROKETSAN qısamənzilli yeni tank əleyhinə raket kompleksi KARAOK-u nümayiş etdirib. Bu sistem ABŞ istehsalı olan “FGM-148 Javelin”in analoqu kimi təqdim olunur. Şirkətin məlumatına görə, kompleks müxtəlif tətbiq ssenarilərində sınaqlardan uğurla keçib və yüksək dəqiqlik və effektivlik nümayiş etdirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev Minval Politika ilə söhbətində bildirib ki, türk kompleksinin yaradılması həqiqətən də “Javelin”ə tam funksional və yüksək texnoloji alternativ kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, hər iki kompleks üçüncü nəsil tank əleyhinə silahlara aiddir və “atdın və unutdun” prinsipi ilə işləyən infraqırmızı özütuşlama başlığından istifadə edir.

Onların ümumi xüsusiyyəti zirehli texnikanı ən zəif nöqtəsindən – yuxarı hissədən, o cümlədən qüllənin damından vurmaq imkanına malik olmalarıdır ki, bu da belə sistemləri müasir tanklara qarşı xüsusilə effektiv edir.

Azərbaycan öz arsenalı üçün Türkiyədən yeni silahı sifariş edə bilərmi? Ona nə dərəcədə ehtiyac var? Ölkəmizdə birgə istehsalı necə, mümkündürmü?

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Musavat.com-a bildirib ki, qardaş ölkənin müdafiə potensialı durmadan güclənir. Hərbi təhlilçinin sözlərinə görə, ordunun 80 faizdən çoxu silahlarla təmin edilib:

“Bu, həm hava qüvvələrinə, həm dəniz donanmasına, həm də quru qoşunlarına aiddir. Hesab edirəm ki, bu get-gedə artmaqdadır. Ümumiyyətlə, elə bir dünyada yaşayırıq ki, silahlar anbaan dəyişir. Amma əvvəllər belə deyildi. Yüz illərlə silahlar dəyişməz qalırdı, sonradan onilliklərə düşdü. İndi də hər il yeni silahlar ixtira olunur. Azərbaycan və Türkiyə də bu proseslərdən geri qalmamalıdır. Hər bir dövlət çalışır ki, ordusunda müasir silahlar olsun. Qardaş Türkiyənin də belə bir vaxtda uğurları bizi sevindirə bilər”.

E.Həsənli qeyd edib ki, iki ölkə birgə silahlar istehsal edir: “Eyni zamanda, qardaş dövlətin son zamanlarda istehsal etdiyi silahların bir qismi Azərbaycan ordusundadır, yəni almışıq. Bir sıra silahların birgə istehsalı da mümkündür. Türkiyə onu əldə edirsə, ikinci ölkə kimi biz də əldə edirik. Bu da təbiidir. Çünki Türkiyənin ən yaxın müttəfiqi Azərbaycandır. Gələcəkdə quru qoşunları üzrə birgə istehsal, ixrac gözlənilir. Həyata keçirilən birgə hərbi təlimlərdə də bütün silahlardan istifadə olunur”.|Musavat.com


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Aprel 2026 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri