Rövşən Lənkəranskinin Lotu Quli yə görə həbs olunan polkovnik qardaşı kimdir?
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinə Rövşən Lənkəranskinin qardaşı, Canıyev Namiq Rafiq oğlu başçılıq edib. BAKU.WS-in məlumatına görə, Namiq Canıyev Bakı Baş Gömrük İdarəsinin “Keşlə” gömrük postunun rəisi vəzifəsində çalışıb. Namiq Canıyevin Milli Məclisin deputatı Fəzail Ağamalı ilə də qohumluq əlaqəsi var. Bununla yanaşı, Namiq Canıyev polkovnik rütbəsi alıb. Qeyd edək ki, dünən, noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb. Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib. Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin. Nazim BAKU.WS
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bu mövzuda digər xəbərlər:Rövşən Lənkəranskinin Ukraynadakı restoranı dağıdıldı FOTO+VİDEO
21 Dekabr 2024 11:09
Rövşən Lənkəranskinin yetirməsi, “Culfalı Bayram”ın oğlu
04 İyul 2025 13:55
Rövşən Lənkəranskinin qonşusu olan futbolçu elə şeylər danışdı ki...
15 İyun 2025 00:13
Lotu Quli nin müavini həbs edildi
04 Aprel 2025 12:57
Baxış sayı:94
Bu xəbər 05 Dekabr 2025 03:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















