Türkiyəyə sürpriz səfər: Mahmud Abbas Ankaraya gəlir
Icma.az bildirir, Axar.az portalına istinadən.
Fələstin Prezidenti Mahmud Abbas sentyabrın 18-də rəsmi səfərlə Türkiyəyə gedəcək. Səfər çərçivəsində Ankarada rəsmi qarşılanma mərasimi, danışıqlar və rəsmi şam yeməyi nəzərdə tutulub.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, səfər öncədən anons edilməyib.
Məlumata görə, Abbasla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında mövcud vəziyyət və İsrailin addımları müzakirə edəcək. Gündəlikdəki digər mühüm məsələ isə Fələstinin maraqlarının BMT Baş Assambleyasında təmsil olunmasıdır. Belə ki, ABŞ-ın viza verməkdən imtina etməsi səbəbindən Abbas və nümayəndə heyətinin Nyu Yorka yollanması mümkün olmayıb.
Baxış sayı:96
Bu xəbər 18 Sentyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















