Icma.az
close
up
RU
Türkmənistan Mərkəzi Asiya ilə Xəzər Qara dəniz regionu arasında yeni regional marşrutlar üzrə işçi qrupu yaratmağı təklif edib

Türkmənistan Mərkəzi Asiya ilə Xəzər Qara dəniz regionu arasında yeni regional marşrutlar üzrə işçi qrupu yaratmağı təklif edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

Türkmənistan Asiya, Avropa və Yaxın Şərqin nəqliyyat sistemlərini birləşdirəcək müasir regional infrastruktur yaratmaq üçün nəqliyyat potensiallarının birləşdirilməsinin tərəfdarıdır. AZƏRTAC rəsmi TDT agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Mammet Axməmmədov “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: Qarşılıqlı əlaqə və inkişaf – 2025” konfransında bildirib.

Nazirin sözlərinə görə, logistika şirkətlərinin və assosiasiyalarının nəqliyyat sistemlərinin birləşməsində əsas rol oynaması gözlənilir. “Regiondaxili nəqliyyat əlaqələrinin istifadə olunmamış potensialını qeyd edən Türkmənistan Mərkəzi Asiyanı müasir, vahid və yüksəksəmərəli nəqliyyat mərkəzinə çevirmək üçün sistemli şəkildə çalışır”, -deyə o vurğulayıb.

Bu məqsədlə Türkmənistan Mərkəzi Asiya ilə Xəzər-Qara dəniz regionu arasında Cənubi Avropaya çıxışı olan yeni nəqliyyat və kommunikasiya marşrutlarının inkişaf etdirilməsi imkanlarını öyrənmək məqsədilə hökumət səviyyəsində beştərəfli işçi qrupunun yaradılmasını təklif edib.

Türkmənistanlı nazir vurğulayıb ki, Avrasiyanın mərkəzində yerləşən Türkmənistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat arteriyalarının yaradılması üzrə unikal coğrafi üstünlüyə malikdir. Ölkə bütün nəqliyyat növlərinin - dəmir yollarının, avtomobil yollarının, aeroportların və dəniz limanlarının inkişafına fəal şəkildə investisiya qoyur.

Axməmmədov qeyd edib ki, Türkmənistan davamlı inkişaf prinsipinə sadiqdir və nəqliyyat sektorunda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi üçün fəal şəkildə çalışır. O bildirib: “Dəmir yolunun elektrikləşdirilməsinin modernləşdirilməsi, karbon izinin azaldılması və enerjiyə qənaət edən həllərin tətbiqi Türkmənistanın ekoloji cəhətdən təmiz və davamlı nəqliyyat dəhlizlərinin yaradılması üçün həyata keçirdiyi səylərdən yalnız bir neçəsidir”. Nazir buna nümunə olaraq, marşrutun bir hissəsinin elektrikləşdirilməsini əhatə edəcək Türkmənbaşı-Aşqabad-Marı-Türkmənabad dəmir yolunun modernləşdirilməsi layihəsini misal gətirib. O vurğulayıb ki, bu, ekoloji dayanıqlığı artıracaq və təmiz texnologiyalara yönəlmiş digər dəhlizlərin inkişafı üçün yeni imkanlar açacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see228

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see146

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see137

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see135

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see135

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see132

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see131

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see129

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see128

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see128

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see125

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri