Icma.az
close
up
RU
Özbəkistan və Türkmənistan liderləri Mərkəzi Asiya Azərbaycan formatında əməkdaşlığı yüksək qiymətləndiriblər

Özbəkistan və Türkmənistan liderləri Mərkəzi Asiya Azərbaycan formatında əməkdaşlığı yüksək qiymətləndiriblər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 noyabr, AZƏRTAC

Özbəkistan və Türkmənistan liderləri Şavkat Mirziyoyev və Sərdar Berdiməhəmmədov noyabrın 17-də Daşkənddə təkbətək və geniş tərkibdə keçirdikləri görüşlərdən sonra mətbuata bəyanatlarında Mərkəzi Asiya – Azərbaycan formatında əməkdaşlığı yüksək qiymətləndiriblər.

AZƏRTAC “UzA” rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, Daşkənddəki “Kuksaroy” iqamətgahında aparılan yüksəksəviyyəli danışıqlardan sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mediaya açıqlama veriblər.

Dövlət başçıları Türkmənistan Prezidentinin Özbəkistana tarixi dövlət səfərinin iki qardaş ölkə arasında strateji tərəfdaşlığı daha da gücləndirəcəyinə və onu yeni zirvələrə qaldıracağına əminliyini bildiriblər. Danışıqlar zamanı siyasi, iqtisadi-ticari, nəqliyyat, su-energetika və mədəni-humanitar sahələrdə birgə iş üçün prioritetlər müəyyən edilib. Qeyd olunub ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsi təxminən iki dəfə artaraq 1 milyard dolları keçib. Məqsəd məhsul çeşidini genişləndirmək və qarşılıqlı tədarükü artırmaqla onu 2 milyard dollara çatdırmaqdır. Noyabrın 17-də istifadəyə verilən Şavat-Daşoğuz sərhəd ticarət zonası bu hədəfə çatmaqda xüsusi rol oynayır. Tərəflər bu təcrübəni digər sərhəd bölgələrinə, xüsusən də Ələt-Fərab bölgəsinə tətbiq etmək niyyətindədir.

Regionun nəqliyyat əlaqəsini gücləndirmək üçün hökumətlərə avtomobil, dəmir yolu və dəniz nəqliyyatının inkişafı, eləcə də Türkmənbaşı Beynəlxalq Dəniz Limanından birgə istifadə üçün təkliflər hazırlamaq tapşırılıb.

Enerji məsələlərinə xüsusi diqqət yetirilib. İki ölkədə elektrik təchizatı və tranziti sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi öhdəliyi bir daha təsdiqlənib. Tərəflər, həmçinin Mərkəzi Asiya regionunda ətraf mühitin qorunması və suyun səmərəli istifadəsi sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər.

Humanitar sahədə əlaqələrə gəldikdə, liderlər Ürgənc və Daşkənddə keçirilən Türkmənistan Mədəniyyət Günlərinin uğurla keçdiyini məmnuniyyətlə qeyd ediblər. Konsertlərin və teatr qastrollarının, gənclər forumlarının, elmi konfransların və idman olimpiadalarının mütəmadi keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd olunub ki, Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşləri çərçivəsində regional əməkdaşlığın dərinləşdirilməsində nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Noyabrın 16-da Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşünün nəticələrinin inteqrasiya proseslərinə töhfə verəcəyinə və regionda birliyi gücləndirəcəyinə əminlik ifadə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri