Türkmənistan və Türkiyə İran üzərindən qaz tranziti ilə bağlı razılıq əldə edib
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkmənistan Türkiyənin "Botaş" şirkəti ilə svop sxemi üzrə İran üzərindən təbii qazın tranzitini razılaşdırıb.
"Report" xəbər verir ki, bu barədə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı bildirib.
Q.Berdıməhəmmədov söhbət zamanı elektroenergetika sahəsində qarşılıqlı əlaqələrin artırılması məqsədilə Türkmənistan Marı İES-dən İran sərhədinə qədər Marı-Məşhəd elektrik xəttinin çəkilməsini təklif edib. Onun sözlərinə görə, artıq lazımi danışıqlar aparılıb və müvafiq sənəd imzalanıb; layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
O vurğulayıb ki, Türkmənistanla İran Asiya və Avropa, Xəzər dənizi və Fars körfəzi arasında əlverişli coğrafi mövqedə yerləşir ki, bu da iki ölkə qarşısında nəqliyyat-logistika sahəsində konstruktiv tərəfdaşlıq üçün yol açır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Fevral 2025 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















