Türkmənistan XİN: Xəzər dənizində gəmilərə hücum yolverilməzdir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəzər dənizində gəmilərə qarşı hücumlar yolverilməzdir.
APA xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
"Türkmənistan Xəzəryanı dövlət və BMT tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, razılıq və mehriban qonşuluq dənizidir", – deyə XİN-in bəyanatında bildirilib.
Bəyanat Ukrayna Silahlı Qüvvələrinin iyulun 25-də Xəzər dənizində iki gəmiyə pilotsuz uçuş aparatları ilə zərbə endirməsi barədə məlumatlardan sonra yayılıb. Məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski hücuma məruz qalan gəmilərin Rusiya ilə İran arasında hərbi yüklər daşıdığını iddia edib. İran isə hücumu pisləyərək Kiyevi cavab tədbirləri ilə hədələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 27 İyul 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















