Icma.az
close
up
RU
ADNSUda 8 Noyabr Zəfər Günü qeyd edilib

ADNSUda 8 Noyabr Zəfər Günü qeyd edilib

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. 

ADNSU məzunlarının xatirə kompleksinin ziyarət olunması ilə başlanan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Sonra 44 günlük Vətən müharibəsindən bəhs edən film nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən rektor əvəzi, dosent Vazeh Əskərov Şanlı qələbəmizdən artıq 4 il keçdiyini deyib və  bu münasibətilə hər kəsi təbrik edib.  44 günlük Vətən müharibəsindən, qələbəni  şərtləndirən amillərdən söz açan dosent Vazeh Əskərov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfərinin bu gün bütün suveren Azərbaycan ərazisində qürurla qeyd olunduğunu deyib. 

ADNSU-nun 23 məzun şəhidinin hər birinin adına audotoriya açıldığını qeyd edən dosent Vazeh Əskərov şəhid məzunların xatirsinin hər zaman əziz tutulacağını və onların adlarının hər birimizin qəlbində daim yaşayacağını bildirib. 

Sonra tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri və yaxınları çıxış edərək şəhidlərin xatirəsinə və ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. 

ADNSU-nun Vətən müharibəsində iştirak edən tələbəsi Kamran Babayev çıxış edərək ağır, lakin bir o qədər də qürurverici döyüş yolundan, ordumuzun qələbəsindən danışıb. 

Sonra ADNSU-nun “Gənclik” Mahnı və rəqs ansamblının ifasında “Laçın” rəqsi və tələbələrin ifasında “Ey Vətən” mahnısı ifa olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri