Türkmənistanda növbəti gəminin istehsalı gedir
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımaları üçün növbəti gəminin istehsalı gedir.
"Unikal" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Arif Ağayev bildirib.
Onun sözlərinə görə, gəmi növbəti üç ayda istismara veriləcək.
ADY-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov isə bildirib ki, Orta Dəhlizdə yük daşımaları həyata keçirmək üçün inşa edilən növbəti gəminin adı "Mənzil" olacaq.
"Bu, əlamətdar hadisədir, Orta Dəhlizə, Avrasiya nəqliyyat marşrutuna artan inamın, etimadın bariz nümunəsidir. "Gadamly" gəmisinin ardınca yaxın aylarda ikinci gəminin (hər ikisinin yükqaldırma gücü 240 TEU-dur) suya buraxılması nəzərdə tutulur. Düşünürəm ki, bu, 2026-cı ilin payız ayının sonlarına təsadüf edəcək. Bir neçə gün öncə Limanın heyəti Türkmənistanda - Türkmənbaşıda səfərdə idi və biz Türkmənistan Prezidentinin bilavasitə iştirakı ilə "Gadamly" gəmisini səfərə yola saldıq və bu gün onu qarşıladıq", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 12 May 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















