Icma.az
close
up
RU
Türkologiya Turan birliyinin təməl daşıdır

Türkologiya Turan birliyinin təməl daşıdır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Turan birliyi ideyasının gerçəkləşdiyi, humanitar elmlər kompleksi olan türkologiyanın genişləndiyi hazırkı vaxtda bu fəaliyyət sahəsi yeni mənalar kəsb etməkdədir. Elmi mərkəzlər daha fəal işləyir, jurnallar, kitablar buraxılır. Elə bu sahənin dərin bilicisi – 10 ildən bəri “Ədəbiyyat qəzeti”nə rəhbərlik edən tanınmış tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Azər Turanla söhbətimiz də bu haqdadır.

– Azər müəllim, bildiyimiz kimi, Osmanlı dövründə türkologiyaya o qədər maraq olmasa da, Türkiyə Cümhuriyyəti yaradıldıqdan sonra Mustafa Kamal Atatürkün rəhbərliyi ilə birbaşa bu sahə ilə məşğul olan tarix və dil qurumlar yaranıb. Eyni təmayül Azərbaycana da sirayət edib. 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay keçirilib. Sonrası da məlumdur. Bu barədə düşüncələrinizi dinləmək istərdik.

– Qurultay barədə öncə deyim ki, Bakının öz intellektual həyatını yüksək səviyyədə qoruyub saxlaya bilməsi 1926-cı ildə Rusiya şərqşünaslıq elminin klassiklərindən biri – akademik Bartold tərəfindən etiraf olunub ki, bu da adamda xoş təəssürat doğurur. Əlverişli coğrafi və elmi mövqeyin üst-üstə düşməsi, XX yüzilin ilk çərəyində dünya türkologiyasının ən aktual problemlərinin Bakıda müzakirə olunması ictimai fikir tariximizin başucaldan səhifəsini təşkil edir. Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi qərarına gələnlərin, şübhəsiz ki, həm də siyasi maraqları var idi, amma hər halda, türkologiya tarixi öz yeni və daha geniş miqyaslı səfərinə Bakıdan başlayırdı.

1926-cı ilin 26 fevralından martın 6-na kimi davam edən və 17 iclası keçirilən qurultayda 93-ü türk və 38-i başqa millətlərin təmsilçisi olaraq 131 nəfər nümayəndə iştirak edirdi. 22 nəfərdən ibarət olan Rəyasət heyətinə Ağamalıoğlu, Ruhulla Axundov, akademik Bartold, Baytursun, Baraxov, Borozdin, Həbib Cəbiyev, Qalimcan İbrahimov, İdelquzin, Köprülüzadə, Qorxmazov, Naqamov, Naqovitsin, Oldenburq, Pavloviç, Samoyloviç, Tınıstanov, Bəkir Çobanzadə, Berdiyev, Akçoraklı, Umar Əliyev, Mentsel seçilmişdilər. Fəxri Rəyasət heyətinə isə Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Marr, Lunaçarski, Tomsen seçilmişdi. Qurultayda nümayəndə kimi iştirak edən digər ziyalılar və dövlət xadimləri: Sultan Məcid Əfəndiyev, Salman Mümtaz, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Hənəfi Zeynallı, Əhməd Pepinov, Xalid Səid Xocayev... Yaxud sadəcə qonaq kimi qatılan Hüseyn Cavid... Qəribədir ki, bu insanların hamısı, o sıradan başqa respublikaları təmsil edənlərin də böyük əksəriyyəti sonralar Stalin repressiyasının qurbanı olublar.

Türkoloji Qurultay barədə tarixi həqiqətlər hələ təfərrüatına qədər araşdırılmayıb və doktor Nəriman Nərimanovun türkoloji qurultayın keçirilməsi, Azərbaycanda latın qrafikasının tətbiq olunması ilə bağlı fəaliyyəti, xidmətləri, təəssüf ki, çox az işıqlandırılıb. Halbuki, Nəriman Nərimanov bu məsələdə görünən və görünməyən tərəfləri ilə özü barədə düşünməyə kifayət qədər ciddi əsaslar verən, sovet siyasi bumeranqının ilk qurbanlarından və şəhidlərindən biri idi. Türkoloji Qurultayın keçirilməsi ideyasının ilk müəlliflərindən biri və bəlkə də birincisi olan Nərimanovun əlifba islahatı yolundakı fəaliyyəti barədə 20-ci illər Türkiyəsinin ideoloji həyatında xüsusi yeri olan doktor Rza Nurun “Hayat və hatıratım” kitabının 3-cü cildində hədsiz dərəcədə qiymətli tarixi həqiqətlər yazılıbdır.

– Yeri gəlmişkən, o zaman latın əlifbasının qəbulu ilə bağlı müzakirələrdə Hüseyn Cavidin də adı keçirdi, eləmi?

– Bəli. Bu da xüsusi vurğulanmalıdır ki, SSRİ-də yaşayan türklər əlifba inqilabına Türkiyə türklərindən daha əvvəl başlamışdılar. Türkiyədə latın əlifbasının qəbulu 1928-ci ilin 1 noyabrında Türkiyə Böyük Millət Məclisinin qərarı ilə gerçəkləşmişdi. Amma Azərbaycanda Nəriman Nərimanov, yuxarıda qeyd etdiyim kimi, hələ 1920-ci ildən bu məsələylə məşğuldu. 1921-ci ilin son günlərində – dekabrın 30-da Darülmüəllimin salonunda şura ziyalılarının ümumi yığıncağında türk əlifbası ilə əlaqədar keçirilən iclası da doktor Nərimanov açmışdı və həmin toplantıya sədrlik etməyi Hüseyn Cavidə tapşırmışdı.

Bir haşiyə çıxım. Hüseyn Cavid haqqında sənədli filmin üzərində çalışarkən Birinci Türkoloji Qurultayın kinoxronikasına rəhmətlik Turan Cavidlə bir yerdə baxdıq. Həmin iclasda 2-ci sırada əyləşmiş adamın Hüseyn Cavid olduğunu Turan xanım birmənalı şəkildə təsdiq etdi. Ümumtürk ədəbi dilinin naminə mücadilə verən Cavid əfəndinin əlifba məsələsinə münasibəti, çox qəribədir ki, qurultayda ümümtürk ədəbiyyatının bir sıra məsələləri ilə yanaşı, həm də ortaq türkcənin tarixi barədə danışan Fuad Köprülünün həmin günlərdə “Yeni fikir” qəzetinə verdiyi müsahibəsində dediyi fikirlərlə az qala, eyniyyət təşkil edirdi. Cavid əfəndi latın əlifbasına keçidlə əlaqədar 1922-ci ildə “Latınçılar komissiyasına” ünvanladığı məktubunda yazırdı: “Komissiyonda ərz etdiyim kimi, mən nə latınçıyam, nə də islahçı... olsa-olsa, mən yalnız türk dünyasının haqqı ilə anlayan, alim, mütəxəssis lisançı və əlifbaçı vətəndaşların gələcəkdəki təcrübələrindən istifadə edən bir müəllim ola bilərəm və şimdilik heç bir komissiyonda iştirak etməm”. Bu, Cavidin üslubu idi: nəzakətli və siyasi.

Onu da deyim ki, Azərbaycanda əlifba islahatının ilk müəllifi Mirzə Fətəli Axundovdu, amma uzun illər islahatla bağlı yekdil qənaətin hasilə gəlməməsi də düşündürücüdür. Xüsusən, XX yüzilliyin əvvəllərində maarifçi və romantik mədəniyyətin təmsilçiləri, o cümlədən 1903-cü ildə İsmayıl bəy Qaspıralı, 1907-ci ildə Əli bəy Hüseynzadə bu xüsusda öz açıq mövqelərini ortaya qoymuşdular. İsmayıl bəy Qaspıralı əlifbanın islahını deyil, təhsilin, məktəbin islah edilməsini önə çəkirdi. Ümumiyyətlə, türk xalqlarının vahid əlifba seçimi ilə bağlı görüşlər birmənalı deyildi... Türkoloji qurultayda, az qala, belə demək mümkündür ki, iki tərəf – səmimi türk ziyalıları və Kremlin milli siyasəti iştirak edirdi. Qurultayın işində professor Bəkir Çobanzadənin fəaliyyəti daha əhatəli görünürdü. Çobanzadə qurultayda bir sıra çıxışlar etmişdi. “Türk ləhcələrinin yaxın qohumluğu”, “Elmi terminologiya sistemi” məruzələrinin müəllifi Çobanzadəydi. Bu məruzələr Çobanzadənin dünya türkoloji mühitində nüfuzunun yüksəlməsinə güclü təkan verdi.

Türkoloji Qurultayda yeni əlifba haqqında, türk dillərinin və türk dilinin başqa dil ailələri ilə əlaqələrinin öyrənilməsi haqqında, ana dilinin tədrisi metodikası haqqında, “Türk xalqları tarixini öyrənməyin müasir vəziyyəti və cari vəzifələri” məruzəsi üzrə, ölkəşünaslıqla bağlı məruzələr üzrə, türk dillərinin orfoqrafiyası haqqında, təşkilat komissiyası barədə, türk dillərində elmi terminologiya sistemi haqqında qətnamələr, eləcə də etnoqrafiya komissiyasının qətnaməsi qəbul edilmişdi. Qurultay latın əlifbasının ərəb əlifbasından üstün olduğunu elan etmişdi, türk dillərinin elmi qrammatikasının və lüğətinin tətbiq olunmasını qərara almışdı, arxeoloji tədqiqatların keçirilməsi, xarici müəlliflərin türkologiyaya aid əsərlərinin nəşri, salnamələrin toplanması, ölkəşünaslığın inkişafı ilə əlaqədar işlərin görülməsi, türk dillərinin orfoqrafiya lüğətini yaratmaq, türkolojiyə aid olan bütün materialların toplanıb siyahıya alınması, hər bir türk respublikasında elmi terminlər lüğətinin yaradılması və s. barədə qərarlar qəbul etmişdi.

Fakt budur ki, keçmiş SSRİ-də yaşayan türklər, əsasən, 1927-ci ildən 39-40-cı illərə kimi ərəb əlifbası əvəzinə latın qrafikasından istifadə etdilər. 30-cu illərin sonundan etibarən türk xalqlarının əlifbası yenidən dəyişdirildi, daha doğrusu, təcavüzə məruz qaldı, ənənəvi rus – kiril əlifbası türklərə tətbiq olundu. Amma, hər bir halda, Türkoloji Qurultay XX əsr Azərbaycan elmi-mədəni həyatının parlaq bir mərhələsini təşkil edir.

– Azər müəllim, dediyiniz kimi, həmin qurultay ötən əsrin ən əhəmiyyətli hadisəsi olaraq, yaddaşlarda qalıb. Bu, həm də bir növ on illər sonra zamanın diktəsindən yaranan türk birliyinin bünövrə daşı sayılır. Dövlət səviyyəsində hüquqi qiymətini Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra aldı. 2005-ci il noyabrın 5-də Prezident İlham Əliyev bu mötəbər tədbirin 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı və ölkəmizdə bununla əlaqədar beynəlxalq konfrans keçirildi. 2016-cı ildə isə 90 yaşı qeyd olundu. Bununla bağlı sərəncamda deyilirdi ki, ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın dünyamiqyaslı türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda qurultayın təşkilinə töhfələr verən və təəssüf ki, bir qədər sonra günahsız repressiya qurbanı olan görkəmli türkoloq alimlərin xatirəsinə ehtiramın ifadəsidir. Ötən ilin sonunda isə sizin də iştirakınızla Bakıda “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres keçirildi. Çıxış da etdiniz.

– Bəli. Milli kimlik məsələsinə həsr olunmuş Türkoloji konqresdə türk milli kimliyini ilk dəfə sosioloji tədqiqata cəlb etmiş Əli bəy Hüseynzadəyə aid məruzənin olmayacağını nəzərə alıb çıxışımı böyük mütəfəkkirin fikirləri üzərində qurmaq qərarına gəldim.

(ardı var)

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see159

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see155

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see152

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see147

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see147

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see139

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see137

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see132

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see126

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see125

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see122

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see122

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see121

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see119

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see118

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see118

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri