Icma.az
close
up
RU
Qarabağ Universitetində VII Ənənəvi Türk Dövlətləri Türkologiya Yay Məktəbi keçirilir

Qarabağ Universitetində VII Ənənəvi Türk Dövlətləri Türkologiya Yay Məktəbi keçirilir

Icma.az, 525.az portalına istinadən məlumat verir.

11-17 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Beynəlxalq Türk Akademiyası, Qarabağ Universiteti, Türkiyə Elmlər Akademiyası (TÜBA) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə VII Ənənəvi Türk Dünyası Yay Məktəbi keçirilir.

525.az xəbər veriir ki, Yay məktəbinin məqsədi türkoloji sahədə gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, həmçinin müasir elmi yanaşmalar və tətbiqi tədqiqat metodlarının öyrənilməsinə şərait yaratmaqdır.

Proqrama Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, İran, Monqolustan və Şimali Makedoniyadan olan, 35 yaşını keçməyən ümumilikdə 30 doktorant və postdoktoral tədqiqatçı qatılır.

11 avqust 2025-ci il tarixində Qarabağ Universitetinin Böyük Konfrans Salonunda keçirilən açılış mərasimində Qarabağ Universitetinin rektoru, dosent, fəlsəfə doktoru Şahin Bayramov, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev və Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Muzaffer Şeker çıxış ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, Xankəndidə təşkil olunan yay məktəbi türk dünyasında elmi fəaliyyəti sürətləndirəcək və türk dünyasını təmsil edən alimlər arasında birgə tədqiqatları təşviq edəcək mühüm bir imkandır. O, universitetin türk dünyasındakı ali təhsil müəssisələri və elmi qurumlarla beynəlxalq əməkdaşlığı inkişaf etdirməyi hədəflədiyini, proqramın Qarabağ Universitetinin ev sahibliyində təşkil olunmasının tədbirə xüsusi dəyər qatdığını vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Qarabağın tarixi və mənəvi əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Xankəndinin 30 illik erməni işğalından azad olunması təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük tarixi qələbədir. Türk Akademiyasının türk dünyasının zəngin elmi və mədəni irsinin qorunması və müasir elmi yanaşmalarla inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirən akademik Mustafayev sözlərinə belə davam edib: “Türkologiya Yay Məktəbi yalnız nəzəri biliklərin paylaşılması deyil, eyni zamanda gənc alimlər və türkoloqlar arasında davamlı dostluq və əməkdaşlıq körpülərinin qurulmasıdır”.

TUBA prezidenti Muzaffer Şeker çıxışında erməni işğalından azad olunmuş Xankəndində belə bir tədbirdə iştirakçılarla bir arada olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Azadlıq və işğal, təəssüf ki, yaşadığımız dünyanın bir reallığına çevrilib... Türk Dünyası olaraq bu amansız dünyada həmrəyliyi və birliyimizi gücləndirərək irəliləmək məcburiyyətindəyik. Bu mənada təhsil və elmi əməkdaşlıq çox önəmlidir”.

Yay məktəbinin tədris prosesi Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan, öz sahələrində beynəlxalq təcrübəyə malik alim və mütəxəssislər tərəfindən aparılır. Bir həftə davam edəcək yay məktəbi proqramı iştirakçıların elmi məqalə hazırlamaq, təqdimat etmək və tədqiqat qrantlarından yararlanmaq kimi bir-biri ilə əlaqəli sahələrdə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.

Təlimlər “Türk Dövlətləri Tarixi”, “Türk Dünyası Arxeologiyası”, “Türk Dünyası Münasibətləri”, “Türk Dünyası İncəsənət və Fikir Tarixi” və “Türk Dialektləri və Ədəbiyyatları” mövzularını əhatə edir.

Musiqi və incəsənət proqramları ilə zənginləşdirilən tədbir çərçivəsində iştirakçılar Xankəndi və Şuşa şəhərlərinə təşkil olunacaq səfərlərdə bölgənin tarixi və mədəni irsi ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Avqust 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri