Icma.az
close
up
RU
Türkoloq alim: Ankara Bəyannaməsinin imzalaması digər türk dövlətlərinə bir mesajdır

Türkoloq alim: Ankara Bəyannaməsinin imzalaması digər türk dövlətlərinə bir mesajdır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb. Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib. O qeyd edib ki, bəyannamə ilə birlikdə üç ölkə arasında əməkdaşlığa dair Yol Xəritəsi də müəyyənləşib. 

Görünən odur ki, bu görüş və imzalanan Ankara Bəyannaməsi türk dövlətləri arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Xüsusilə nəqliyyat, iqtisadiyyat və təhlükəsizlik sahələrində yeni təşəbbüslərin reallaşdırılması diqqət çəkir. Orta Dəhlizin gücləndirilməsi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa işlərinə dəstək məsələsi də bəyannamənin önəmli hissələrindən biridir. Eyni zamanda, Azərbaycanın COP29 və AQEM-dəki sədrlik rolunun təsdiqlənməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq siyasətdə vahid mövqenin gücləndirilməsi regional və qlobal arenada türk dövlətlərinin təsirini artırmaq baxımından mühüm addımdır.


AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Sherg.az”a bildirib ki, hazırda Türk Dövlətləri Təşkilatının (TDT) əsas gücü məhz üç türk dövlətinin üzərinə düşür:


“Yəni Türkiyə, Azərbaycan və Özbəkistanın birgə əməkdaşlığı günü-gündən daha inkişaf edir və bu, TDT-nı da gücləndirir. TDT-nın güclənməsinin əsas mərkəzi olaraq Türküstanda Özbəkistanın Qazaxıstandan daha  ön plana çıxması təsadüfi deyil. Özbəkistan İslam Kərimovdan sonra böyük bir mərhələ adlayıbdır. Ona görə də Ankarada üç türk dövlətinin bir araya gəlməsi və Yol Xəritəsi müəyyənləşdirməsi çox mühim addımdır. Sözügedən hadisə türk dövlətləri və xalqlarının tarixində önəmli prosesdir. Əlbəttə, indiyə qədər Türk Dövlətləri Təşkilatı böyük bir mərhələ keçib və hazırda TDT-nın yeni bir mərhələdə olduğunu görürük. Türk Dövlətləri Təşkilatının inkişafı dünyada yeni güc mərkəzinin müəyyənləşməsi deməkdir. Yol Xəritəsi Ankaradan və Hələbdən Daşkənd, Astana, Aşqabad və Bişkekə qədər uzanan gücün bərkiməsidir. Hələb adını təsadüfi demirəm, Hələb Suriya ərazisində olmağına baxmayaraq türklərin yaşadığı coğrafi məkandır. Suriyada və İraqda gedən proseslərin fonunda baş verən hadisələr bizim üçün yeni qapıların açılmasıdır. Yeni Yol Xəritəsini əsas mahiyyəti Qərb ucunda Türkiyə, Qərb və Şərqin ortasında Azərbaycan, Şərq tərəfdə isə Özbəkistanın birgə fəaliyyəti ilə TDT-nın güclənməsidir. Türkiyə, Azərbaycan və Özbəkistanın Ankara Bəyannaməsini imzalaması digər türk dövlətlərinə bir mesajdır. Bunda sonra da üç ölkə əlaqələri və Türk Dövlətləri Təşkilatı yüksək səviyyədə inkişaf edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri