Icma.az
close
up
RU
Türk dünyasında ortaq ünsiyyət dili günümüzün tələbidir Türkoloq alim

Türk dünyasında ortaq ünsiyyət dili günümüzün tələbidir Türkoloq alim

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türk dövlətlərinin hazırda ortaq türk əlifbası mövcud olsa da, ortaq türk dili hələ formalaşmayıb.

Bəs türk dövlətləri nə zaman ortaq türk dilini yarada biləcəklər?

Redaktor.az-a danışan Qarabağ Universiteti Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, türkoloq alim Elçin İbrahimov bildirdi ki, ortaq türk dili dedikdə, bütün türk xalqlarının bir-biri ilə rahat ünsiyyət qura bilməsi üçün nəzərdə tutulan vahid standart dil başa düşülür:

"Burada söhbət yeni bir millət dili yaratmaqdan yox, mövcud türk dilləri arasında əlaqəni asanlaşdıracaq elmi və praktik ünsiyyət dilindən gedir. Məqsəd türklərin mədəni, elmi və diplomatik sahələrdə bir-birini daha asan başa düşməsidir. Bu fikir XIX əsrin sonlarında İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” şüarı ilə yaranıb. O, türk xalqlarının dil birliyini milli tərəqqinin əsas şərti sayırdı. Daha sonra 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda bu ideya elmi müzakirəyə çıxarıldı. Qurultayda ortaq əlifba, imla və ədəbi dil məsələləri ayrıca gündəlikdə idi".

Türkoloq alim qeyd etdi ki, hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Krım, Tatarıstan, Başqırdıstan və Uyğur bölgəsində bir-birinə yaxın, lakin müstəqil ədəbi dillər mövcuddur:

"Bu dillər bir-birini başa düşmək baxımından çox bənzərdir, amma hələlik vahid standartlaşdırılmış ortaq sistem mövcud deyil. Bununla belə, Türk Dövlətləri Təşkilatının və Türk Akademiyasının xətti ilə ortaq əlifba, ortaq terminologiya və dil korpusu üzərində ciddi işlər aparılır.

Bu istiqamətdə bir neçə konkret addım atılır. Türk Dövlətləri Təşkilatı çərçivəsində Ortaq Terminologiya Komissiyası fəaliyyət göstərir. Türk Akademiyası ortaq latın əsaslı əlifba, terminoloji lüğət və ortaq dil korpusu üzərində işləyir. Universitetlər və elmi mərkəzlər isə ortaq türkcə məqalələrin yazılmasını təşviq edirlər. Bu da zamanla təbii şəkildə ortaq dilin formalaşmasına kömək edir".

Elmlər doktorunun fikirncə, qısa müddətdə tam vahid dilin yaranması çətin görünür, lakin ortaq ünsiyyət dili tədricən formalaşır.

"Xüsusilə media, təhsil və elmi sahələrdə bir çox anlayış və termin eyniləşir. Süni intellekt və avtomatik tərcümə texnologiyaları da bu prosesi sürətləndirir. Gələcəkdə texnoloji vasitələrlə dillər arasındakı sərhədlərin daha da azalacağı gözlənilir.

Türk dünyasında ortaq ünsiyyət dili günümüzün tələbidir. Ortaq türk dili müxtəlif modellər əsasında formalaşa bilər. Bəzi mütəxəssislər bu dilin Türkiyə türkcəsi bazasında sadələşdirilmiş variantını təklif edirlər. Bəziləri bütün türkcələrdən seçilmiş söz və qaydalarla yeni, neytral bir yazı dili yaradılmasının tərəfdarıdır. Digər yanaşmaya görə isə ortaq dil süni intellekt və tərcümə sistemləri vasitəsilə texnoloji inteqrasiya yolu ilə formalaşacaq. Mənim fikrimcə, dövrün tələblərini nəzərə aldıqda, birinci variant daha məntiqli və əlçatan görünür. Ortaq ünsiyyət dili, ortaq türkcə, zamanla özü formalaşacaq", - deyə Elçin İbrahimov vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see434

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see171

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see162

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see139

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri