Icma.az
close
up
RU
Türksoylulara yaşıl işıq!

Türksoylulara yaşıl işıq!

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ankaranın “soydaş siyasəti” mənəvi borcu milli maraqla qovuşdurur

Dövlətlərin siyasəti təkcə iqtisadi mənafelərlə şəkillənmir, həm də tarixi yaddaşın dərinliklərindən süzülən mənəvi öhdəliklərlə formalaşır. Bu həqiqətin bariz nümunələrindən biri Türkiyənin son strateji həmləsində özünü büruzə verir.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə qüvvəyə minən və “Türk soylu əcnəbilərin Türkiyədə peşə ve sənətlərini sərbəst şəkildə icra etmələrinə dair” qanunun tətbiqi əsasnaməsində dəyişiklikləri ehtiva edən fərman zahirən texniki tənzimləmə olsa da, əslində, Ankara üçün yeni əsrin geosiyasətində həm mənəvi borcun ödənilməsi, həm də milli maraqların təmin edilməsi məqsədi daşıyan çoxşaxəli doktrinanın hüquqi təcəssümüdür. Sənəd Türkiyənin qlobal miqyasda səpələnmiş soydaşlarına ana Vətən qucağını açmaqla yanaşı, onları ölkənin intellektual, iqtisadi və sosial inkişafının aktiv iştirakçılarına çevirməyi hədəfləyən milli özünəqayıdış layihəsidir.

Fərmanın konseptual özəyini və inqilabi yeniliyini “türk soyluluq” meyarlarının müəyyənləşdirilməsi səlahiyyətinin mərkəzləşdirilərək birbaşa Prezidentin müstəsna ixtiyarına verilməsi təşkil edir. Əvvəlki dövrlərdə Nazirlər Şurası kimi kollegial orqan tərəfindən həyata keçirilən, bəzən uzun bürokratik prosedurlar və fərqli nazirliklərin rəyləri arasında uzanan prosesin dövlət başçısının iradəsinə verilməsi strateji hədəflərə uyğunluq qazandırır. Dəyişiklik Türkiyənin xarici siyasətindəki prioritetlərə, milli təhlükəsizlik mülahizələrinə və demoqrafik planlaşdırmaya uyğun olaraq, müəyyən dövrlərdə hansı türk icmalarına üstünlük veriləcəyini çevik şəkildə müəyyənetmə imkanı yaradır. Beləliklə, Prezident institutu soydaşlarla bağlı siyasətin formalaşdırılmasında və icrasında həlledici liderə çevrilir, qəbul edilən qərarların dövlətin ümumi strategiyası ilə tam sinxronizasiyasını təmin edir.

Yeni nizamnamənin tətbiqi üçün irəli sürülən şərtlər kompleksi prosesin həm humanist, həm də praqmatik əsaslarla tənzimləndiyini göstərir. Şərtlər zəncirinin hər halqası Türkiyənin milli maraqlarını, ictimai asayişini və əmək bazarının stabilliyini qorumaqla yanaşı, həqiqətən ehtiyacı olan və ölkəyə fayda verə biləcək şəxslərin cəlb edilməsini hədəfləyir.

Müraciətçinin peşəkar bacarıqlarının və təhsil səviyyəsinin Türkiyə standartlarına uyğunluğunun təsdiqlənməsi tələbi isə qərarın iqtisadi praqmatizmini ortaya qoyur. Struktur ölkənin ehtiyac duyduğu sahələrdə, xüsusilə yüksək texnologiyalar, səhiyyə, müdafiə sənayesi və akademik sahələrdə ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına xidmət edir. Bu yolla Türkiyə, eyni zamanda intellektual potensial transferi (beyin axını) həyata keçirərək elmi-texniki və iqtisadi inkişafına təkan verməyi hədəfləyir.

Təhlükəsizlik aspekti yeni tənzimləmədə qırmızı xətlə keçir. Müraciətçinin peşəsini icra etməsində təhlükəsizlik probleminin olmaması şərti Türkiyənin son illər üzləşdiyi terror təhdidləri və regional qeyri-sabitlik fonunda müstəsna əhəmiyyət kəsb edir.

Yeni şərtlər arasında bəlkə də ən çox diqqət çəkən və qərarın humanitar fəlsəfəsini aydın şəkildə ortaya qoyan iki maddə var. Birincisi, müraciət edən şəxs vətəndaşı olduğu ölkədə özündən asılı olmayan səbəblərə görə peşəsini, sənətini və ya işini icra edə bilmir və bu səbəbdən Türkiyədə yaşamağa məcbur qalır. İkincisi isə, həmin şəxs vətəndaşı olduğu ölkənin əhalisinin böyük əksəriyyətindən fərqli etnik və mədəni kimliyə malik olduğunu sübut etməlidir. İki şərt birlikdə təhlil edildikdə, qanunun hədəf kütləsinin kimlər olduğu aydınlaşır. Tənzimləmə, sadəcə, daha yaxşı iqtisadi şərait axtaran hər türk soylu fərd üçün hazırlanmayıb, ilk növbədə vətənlərində etnik kimliklərinə görə təzyiqə məruz qalan, assimilyasiya siyasəti ilə üzləşən, peşəkar fəaliyyətləri əngəllənən və həyati təhlükə altında yaşayan məzlum və məcburi köçkün vəziyyətindəki soydaşlara yönəlikdir.

Strateji qərarın arxasında yatan geosiyasi məntiq Türkiyənin XXI əsrdəki xarici siyasət doktrinasının prinsipləri ilə üst-üstə düşür. Birincisi, Türkiyənin Türk dünyası ilə inteqrasiya siyasətinin hüquqi infrastrukturunu gücləndirir. Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə siyasi, iqtisadi və hərbi sahələrdə dərinləşən əməkdaşlıq fərmanla sosial və demoqrafik ölçü qazanır. Türkiyə bu qərarla bütün Türk dünyası üçün sadəcə siyasi lider funksiyası ilə kifayətlənməyərək, eyni zamanda sığınacaq, imkanlar məkanı və anavətən funksiyasını da rəsmən üzərinə götürdüyünü nümayiş etdirir. Tədbir Türkiyənin “yumşaq güc”ünün sərhədlərini genişləndirir, fərqli coğrafiyalardakı soydaşlar arasında Ankaraya qarşı loyalığı və bağlılığı artırır.

İkincisi, qərar demoqrafik mühəndislik və insan kapitalının idarə edilməsi baxımından strateji əhəmiyyətə malikdir. Doğum səviyyəsinin azalma tendensiyası göstərdiyi və əhalisinin yaşlanmağa başladığı dövrdə Türkiyə xaricdən gələcək gənc, dinamik, təhsilli və mədəniyyət baxımından asanlıqla inteqrasiya ola biləcək insan resurslarına ehtiyac duyur. Qərb ölkələrinin tamamilə fərqli mədəniyyətlərdən gələn miqrantların inteqrasiyasında yaşadığı dərin sosial problemlərdən fərqli olaraq, türk soylu köçkünlər dil, din, adət-ənənə və həyata baxış tərzindəki yaxınlıq sayəsində Türkiyə cəmiyyətinə daha ağrısız və sürətli şəkildə adaptasiya ola bilərlər.

Bununla belə, iddialı siyasətin icrası zamanı müəyyən potensial çətinliklər və diqqət yetirilməli məqamlar da mövcuddur. "Türk soyluluğun" müəyyən edilməsinin Prezidentin səlahiyyətinə verilməsi prosesə çeviklik qazandırsa da, eyni zamanda subyektivlik və siyasi konyunkturaya həddən artıq bağlılıq riskini də yaradır. Səlahiyyətin hansı obyektiv meyarlar və şəffaf prosedurlar əsasında istifadə ediləcəyi aydınlaşdırılmalıdır.

Türkiyənin türk soylulara yönəlik qəbul etdiyi yeni tənzimləmə qısamüddətli miqrasiya həllindən daha çox, uzunmüddətli, çoxqatlı və dərin strateji düşüncənin məhsuludur. Qərar Türkiyənin tarixi irsinə sahib çıxmaq və məzlum soydaşlarına dəstək vermək kimi mənəvi vəzifələrini, eyni zamanda insan kapitalını gücləndirmək, demoqrafik dinamizmini qorumaq və regional təsirini artırmaq kimi praqmatik dövlət maraqları ilə ustalıqla birləşdirir. Siyasətin uğuru Türkiyəni XXI əsrdə sadəcə regional güc halına gətirməklə qalmayıb, həm də bütün dünyadakı soydaşları üçün cazibə mərkəzi olan qlobal lider statusuna bir addım daha yaxınlaşdıracaq.

Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı

Türkiyənin “türk soylu” şəxslərin hüquqi statusuna dair qəbul etdiyi yeni qərar Türk dünyasının gələcəyinə yönəlik çoxşaxəli strateji baxışın parlaq ifadəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə qüvvəyə minən fərman həm tarixi yaddaşın diktə etdiyi mənəvi öhdəlikləri, həm də müasir dövrün geosiyasi və demoqrafik reallıqlarını ustalıqla birləşdirən konseptual sənəd kimi diqqət çəkir.

Bu qərar bir tərəfdən dünyanın müxtəlif coğrafiyalarında assimilyasiya, təzyiq və təhlükə ilə üzləşən türk soylu icmalara ana Vətən qapılarını açaraq humanitar məsuliyyətin yerinə yetirilməsi anlamına gəlir. Digər tərəfdən isə Türkiyənin intellektual potensialını, insan kapitalını və demoqrafik dinamizmini gücləndirməyə yönələn milli strategiyanın mühüm tərkib hissəsidir.

Xüsusilə “türk soyluluq” meyarlarının Prezident tərəfindən müəyyən edilməsi Türkiyəyə müxtəlif regionlardakı soydaşlara prioritetləri milli təhlükəsizlik, xarici siyasət və demoqrafik planlaşdırma çərçivəsində çevik şəkildə müəyyənləşdirmək imkanı verir. Bu isə, Suriya, İraq, Əfqanıstan, Şərqi Türküstan, Balkanlar və Qafqazda yaşayan türk icmaları üçün ümid qapısı açır. Fərmanın mahiyyəti aydın şəkildə göstərir ki, Türkiyə Türk dünyası miqyasında liderlik missiyasını daha sistemli şəkildə həyata keçirməyə başlayır. Qanun tarixi məsuliyyətlə strateji hədəflərin kəsişməsində formalaşan yeni bir geosiyasi fəlsəfənin hüquqi çərçivəsini yaradır. Əgər bu siyasət ardıcıl və düzgün şəkildə icra edilərsə, Türkiyənin qlobal türk diasporası üçün mərkəzi statusu daha da güclənəcək və ölkə həm regional, həm də qlobal miqyasda təsir gücünü artıracaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see229

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see200

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see135

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri