Turqay Hüseynov: Ölkədə vəkilliyə maraq artıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 may, AZƏRTAC
Vəkilliyə qəbul üzrə keçirilən yazılı imtahanda 540 nəfərin iştirak etməsi ölkədə bu peşəyə marağın artdığını göstərir.
AZƏRTAC verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov deyib.
O bildirib ki, bu gün keçirilən yazılı imtahanda iştirakçı sayı bir il ərzində ali təhsil ocaqlarında hazırlanan hüquqşünasların sayına yaxındır: “Azərbaycanda hüquq fakültələrini hər il təxminən 600 nəfər bitirir. Vəkillik peşəsində gəlirin əvvəlcədən dəqiq planlaşdırılması mümkün olmasa da, hüquqşünaslar yenə də bu sahəyə maraq göstərirlər. Bu isə peşənin nüfuzunun artması, müstəqil fəaliyyət imkanları və ixtisaslaşma perspektivləri ilə əlaqələndirilir".
Turqay Hüseynov qeyd edib ki, həm namizədlərin sayı, həm də imtahan nəticələrinin keyfiyyəti artmaqdadır: "Əvvəlki illərdə namizədlərin 35-40 faizi imtahandan keçirdisə, son imtahanda bu göstərici təxminən 50 faizə yaxın olub. Bu isə namizədlərin imtahana daha ciddi hazırlaşdığını göstərən əsas amillərdən biridir”,- deyə o diqqətə çatdırıb.
Müxbir - Nailə Həsənova
Fotoqraf - İlkin Cavanşirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 07 May 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















