Icma.az
close
up
RU
Tüstüsüz məhsullar siqaretə ən yaxşı alternativdir KONKRET

Tüstüsüz məhsullar siqaretə ən yaxşı alternativdir KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu yaxınlarda Qazaxıstanın paytaxtı Astanada “Technovation” tədbiri keçirildi. “Philip Morris International”ın təşkil etdiyi konfrans tüstüsüz gələcəyə həsr olunmuşdu. Məlumat üçün bildirək ki, tədbirin əsl mahiyyəti tüstüsüz gələcəyə çağırış olsa da, bununla bağlı şirkətin apardığı elmi araşdırmalar və nümayiş etdirdiyi yanaşma xüsusilə diqqəti cəlb etdi. 

“Philip Morris”in vitse-prezidenti Tommazo Di Covanninin səsləndirdiyi “Siqaret çəkmirsinizsə, başlamayın, çəkirsinizsə, tərgidin, tərgitmirsinizsə, dəyişin” tezisi təqdimatın nə qədər sanballı olduğunu göstərdi. Burada xüsusi olaraq vurğulamaq lazımdır ki, XXI əsrin ən ciddi ictimai sağlamlıq problemlərindən biri olaraq qalan bu bəlaya qarşı şirkət özü ciddi mübarizəyə başlayıb.

Tütün şirkətinin ortaya qoyduğu konsepsiyanın geniş mahiyyətini təqdim etmək üçün vitse-prezident Tommazo Di Covanninin təqdim etdiyi araşdırmaya diqqəti cəlb etmək yerinə düşər. Beləliklə, siqaretin insan orqanizminə təsirindən danışarkən ilk növbədə rəqəmlərə müraciət etmək lazım gəlir. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təqribən 8 milyon insan tütün istifadəsinin nəticəsində həyatını itirir, 1 milyarddan artıq insan isə siqaret çəkir. Son onilliklərdə dövlətlər tərəfindən həyata keçirilən qadağalar, maarifləndirmə kampaniyaları və yüksək fiskal alətlər bu tendensiyanı zəiflətməkdə müəyyən rol oynasa da, nəticə gözlənildiyi qədər təsirli olmayıb.

Belə şəraitdə “zərərin azaldılması” (harm reduction) strategiyası aktuallaşır. Bu yanaşma insan davranışlarının radikal şəkildə dəyişdirilməsinin çətinliyini nəzərə alıb. Məhz buna görə də siqareti tamamilə atmaq istəməyənlər üçün daha az zərərli alternativlərin təqdim edilməsi nəzərdə tutulur.

Burada isə əsas məsələ elmi əsaslar və innovasiyanın rolundan ibarətdir.  Ənənəvi siqaretin zərəri əsasən tütünün yanması nəticəsində əmələ gələn tüstü və onda olan toksik maddələrlə bağlıdır. Son texnologiyalar isə nikotini tüstü olmadan istifadə etməyə imkan verir. Buraya tütün qızdırma sistemləri, elektron siqaretlər, nikotin paketləri və digər tüstüsüz məhsullar daxildir.

Bu məhsullar nikotin asılılığını tam aradan qaldırmasa da, onların istifadəsi zamanı zərərli kimyəvi maddələrin səviyyəsi siqaretlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olur. Müstəqil laboratoriya araşdırmaları və epidemioloji tədqiqatlar göstərir ki, bu cür texnologiyalara keçid siqaret çəkməyə davam etmədən qat-qat yaxşıdır.

Müxtəlif ölkələrin təcrübəsi siqaretə alternativlərin qəbulunun siqaret çəkmə dinamikasına necə təsir etdiyini göstərir.

İtaliya, Yaponiya, Yeni Zelandiya, İsveç, İslandiya, Böyük Britaniya və ABŞ-da tüstüsüz məhsulların əlçatanlığı və istehlakçılara təqdim olunması siqaret çəkmə səviyyəsinin nəzərəçarpacaq azalmasına gətirib çıxaran amillərdən biri olub. Avstraliya, Braziliya, Sinqapur, Tailand və Türkiyə kimi alternativlərin ya qadağan edildiyi, ya da sərt məhdudlaşdırıldığı ölkələrdə siqaret çəkmə səviyyəsi ya çox zəif azalır, ya da artım müşahidə olunur. Məsələn, siqaret çəkmə səviyyəsi Yaponiyada 2014–2019 illər ərzində 14.5%, İsveçdə (2004–2021) 49.5%, İslandiyada (2011–2021) 50.0%, Yeni Zelandiyada (2011–2020) isə 52.8%azaldığı halda Türkiyədə (2014–2019) 1,2%, Tailandda (2011–2017) 12.6%, Braziliyada isə (2008–2019)13.9% azalma qeydə alınıb.

Elmi faktların olmasına baxmayaraq, bəzi səhiyyə orqanları və antitütün təşkilatları tüstüsüz məhsulların potensialını qəbul etmir. Bunun nəticəsində ictimai müzakirələrdə çaşqınlıq və dezinformasiya yaranır, siqaret çəkənlər üçün daha az zərərli alternativlərə çıxış məhdudlaşır. Nəticə etibarilə, irəliləyişin ləngiməsi və əhalinin sağlamlığında mümkün qazancların itirilməsi müşahidə olunur. Əgər mövcud kurs dəyişməzsə, dünya uzun illər boyu siqaretlə bağlı fəsadlarla üz-üzə qalacaq. Halbuki elmi əsaslı alternativlərin tətbiqi ilə daha qısa müddətdə əhəmiyyətli nəticələr əldə etmək mümkündür. Bu isə o deməkdir ki, əhalinin sağlamlığı strategiyaları yalnız qadağalara əsaslanmamalıdır. Zərərin azaldılması prinsipi nəzərə alınmalıdır. Eləcə də qanunvericiliklə bağlı yanaşmalar da innovasiyaya uyğunlaşdırılmalıdır. Enerji və nəqliyyat sahəsində olduğu kimi, tütünlə mübarizədə də innovasiya stimullaşdırılmalıdır. Bununla yanaşı elmi sübutlara əsaslanan kommunikasiyanın gücləndirilməsi vacibdir.

Tüstüsüz gələcək yalnız ideoloji şüar deyil, elm və texnologiyanın dəstəyi ilə real məqsəddir. Bunun üçün hökumətlər, səhiyyə qurumları, biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq zəruridir. İnnovasiyanın qəbul edildiyi ölkələrdə əldə olunan nəticələr artıq bu istiqamətdə aydın sübutlar təqdim edir. Əgər dünya ictimaiyyəti inersiyadan imtina edib, elmi əsaslı alternativləri qəbul etsə, yaxın onilliklərdə siqaretin geniş yayılmış ictimai problem statusunu itirməsi mümkündür.

Şirkətin Cənubi-Şərqi Asiya, MDB, Yaxın Şərq Afrika ölkələri üzrə elmi fəaliyyət direktoru Tomoko İida, Qazaxıstan və Mərkəzi Asiya ölkələri üzrə direktoru Ömər Abdullətif isə çıxışlarında xüsusi olaraq vurğuladılar ki, tütün sənayesi uzun illərdir ənənəvi siqaret istehsalına əsaslansa da, son onilliklərdə artan elmi biliklər və əhalinin sağlamlığı ilə bağlı təzyiqlər şirkətləri fundamental dəyişikliklərə vadar edib. PMI özünün əsas strateji baxışını “Tüstüsüz gələcək” konsepsiyası üzərində quraraq, nikotin məhsullarından istifadəni davam edən siqaret çəkənlər üçün ənənəvi siqareti daha az zərərli alternativlərlə əvəz etməyi hədəfləyir.

Əsas mahiyyət isə budur ki, siqaretlər elm və texnologiya ilə dəstəklənmiş tüstüsüz məhsullarla mümkün qədər tez əvəz edilsin. Şirkət 2030-cu ilə qədər ümumi xalis gəlirin təxminən üçdə ikisini tüstüsüz məhsullardan əldə etməyi planlaşdırır. Uzunmüddətli hədəf isə düzgün tənzimləmə və ictimai dəstəyin mövcud olduğu ölkələrdə 10–15 il ərzində siqaret satışlarının tamamilə dayandırılmasıdır.

Artıq şirkət 30 ildən çoxdur ki, texnologiya və elmdən istifadə edərək siqaretə alternativ məhsulların hazırlanması və kommersiyalaşdırılması ilə məşğuldur. 2008-ci ildən bəri şirkət bu istiqamətə 14 milyard ABŞ dollarından çox investisiya yatırıb. 2024-cü ildə xərclərin 99,5%-i və kommersiya fəaliyyətinin 78%-i tüstüsüz məhsullara yönəlib. Şirkətin innovasiya potensialı 1400-dən çox elmi və mühəndis heyəti ilə dəstəklənir. Bu faktlar göstərir ki, struktur və resurs baxımından radikal dəyişiklik baş verir. Belə ki, IQOS – 2014-cü ildə təqdim olunan tütün qızdırma sistemi – 2023-cü ilin dördüncü rübündə şirkətin ən iri brendi olan Marlboro-nu satış həcminə görə üstələyib. 2025-ci ilin ikinci rübündə tüstüsüz məhsullar şirkətin ümumi gəlirinin 41%-ni təşkil edib. 2024-cü ilin sonuna olan məlumata görə, şirkətin tüstüsüz məhsulları 97 bazarda satılır, istifadəçilərin sayı isə 41,5 milyon nəfərə çatıb. Onların təxminən 34 milyonu IQOS istifadəçisidir, və bu qrupun 72%-i siqaretdən tamamilə imtina edib. Bu göstəricilər tüstüsüz məhsulların yalnız nəzəri deyil, həm də praktik alternativ olduğunu sübut edir. Ümumiyyətlə, bu təcrübə bir neçə mühüm məqamı önə çıxarır. Bunlardan birincisi odur ki, tütün sənayesində siqaretsiz gələcək artıq yalnız nəzəri ideal deyil, həm də ölçülə bilən nəticələrə əsaslanan praktiki yol xəritəsidir. Elmi əsaslı innovasiyalar, hökumətlərin düzgün siyasəti və istehlakçıların məlumatlandırılması ilə yaxın onilliklərdə siqaretlərin qlobal miqyasda əhəmiyyətli dərəcədə azalması mümkündür.

Tədbirdə iştirak edən molekulyar onkologiya üzrə professor Yevgeni İmyatinov, həkim-kardiloq Aleksandr Filippov, stomatoloq Meyram Raqanin, və pulmonoloq Sattar Yeraliyevin bununla bağlı mövcud yanaşmaları da maraq doğurdu. Onların da təqdim etdiyi yekdil qənaətə görə, dünyada hər il milyonlarla insan tütünlə əlaqədar xəstəliklərdən həyatını itirir. Siqareti tamamilə atmaq sağlamlıq üçün ən yaxşı seçimdir. Lakin reallıq göstərir ki, bir çox yetkin siqaret çəkən insanlar bu addımı atmaqda çətinlik çəkir. Belə hallarda tüstüsüz məhsullar onların sağlamlıq risklərini azaltmaq üçün praqmatik alternativ rolunu oynaya bilər.

Ekspertlər xüsusi olaraq bildirir ki, ənənəvi siqaretlərdə əsas təhlükə yanma prosesindən qaynaqlanır. Tütünün yandırılması nəticəsində 6000-dən çox kimyəvi maddə yaranır, onların təxminən 100-ü sağlamlıq qurumları tərəfindən zərərli və ya potensial zərərli komponentlər kimi təsnif edilib. Məhz bu toksik maddələr ürək-damar, tənəffüs və onkoloji xəstəliklərin əsas səbəblərindən sayılır. Əksər insanlar siqaretin zərərlərinin yalnız nikotinlə bağlı olduğunu düşünsə də, əslində ən böyük təhlükə tütünün yanması prosesində gizlənir. Nikotin ziyansız deyil və asılılıq yaradır, lakin o, siqaret çəkməklə əlaqədar xəstəliklərin əsas səbəbi deyil. Elmi cəhətdən sübut edilmişdir ki, tüstüsüz tütün məmulatlarının buxarında olan zərərli maddələrin miqdarı siqaret tüstüsü ilə müqayisədə 90-95% daha azdır.

Beləliklə, siqaret təkcə nikotin asılılığı deyil, həm də yanmanın yaratdığı toksinlər səbəbilə ölümcül təhlükə daşıyır. Mütəxəssislər bildirir ki, ən düzgün seçim əlbəttə ki, tamamilə siqareti və nikotini tərgitməkdir. Lakin reallıq göstərir ki, hər 10 siqaret çəkəndən yalnız biri ildə bu vərdişi tam dayandıra bilir. Digər 90 faiz isə müxtəlif səbəblərdən siqareti tərgitə bilmir.

Bu səbəbdən elm yeni yanaşmalar təklif edir. Tütünü yandırmadan nikotin təmin edən texnologiyalar (elektron cihazlar, qızdırılan tütün məhsulları və s.) zərərin azaldılması baxımından daha yaxşı seçim hesab olunur. Onlar tüstü deyil, nikotinli aerozol yaradır və beləliklə, orqanizmə daxil olan toksik maddələrin miqdarı əhəmiyyətli dərəcədə azalır.

Həkimlər də bu fikir üzərində dayandırar ki, siqaretlə mübarizədə əsas düşmən – nikotin yox, məhz yanma prosesidir. İnsan sağlamlığına zərərin azaldılması üçün ən doğru addım siqareti tam tərgitməkdir. Lakin bunu etməyənlər üçün yanma olmayan alternativlər daha az zərərli və daha ağıllı seçimdir. Çünki tüstüsüz məhsullar siqaretin ən zərərli xüsusiyyəti – yanma və tüstü əmələ gəlməsini aradan qaldırır. Onların müxtəlif formaları isə bunlardır:

Tütün qızdırma sistemləri (TQS)

Həqiqi tütündən istifadə edir, amma onu yandırmadan qızdırır. Nəticədə nikotin və dad-aroma maddələri buraxılır, lakin tüstü və kül yaranmır.

Elektron siqaretlər (veyp)

Tütün əvəzinə nikotin və aromatizatorlar olan mayeni qızdırır. İstifadəçi buxar formasında aerozol inhalyasiya edir.

Nikotin paketləri (pauçlar)

Tütünsüzdür, əsasən nikotin və dad maddələrindən ibarətdir. Ağız boşluğunda, damaq ilə yanaq arasında istifadə olunur.

Snyus (snus)

Tütündən hazırlanmış və ağız yolu ilə qəbul edilən tüstüsüz məhsuldur. Skandinaviya ölkələrində geniş yayılıb və paket şəklində istifadə edilir.

Bu məhsulların hamısının ortaq xüsusiyyəti – tüstü, yanma və külün olmamasıdır. Əlbəttə ki, əksər tüstüsüz məhsullar nikotini özündə ehtiva edir. Bunun əsas səbəbləri budur ki, nikotin siqaret çəkmənin əsas davranış səbəblərindən biridir. Eləcə də nikotinsiz məhsullar siqaret çəkənlər üçün “qənaətbəxş əvəzləyici” rolunu oynamaya bilər. Yeri gəlmişkən, Böyük Britaniyanın NICE institutu bəyan edib ki, “ölüm və xəstəliklərin əsas səbəbi nikotin yox, siqaret tüstüsündəki toksinlər və kanserogenlərdir”. Tüstüsüz məhsullar tamamilə zərərsiz olmasa da, elmi cəhətdən əsaslandırılmış şəkildə göstərir ki, siqaret tüstüsü ilə müqayisədə bu məhsullar olduqca az toksik maddə əmələ gətirir.

Buna görə də mütəxəssislər hesab edirlər ki, tənzimləyici dəstək və ictimai maarifləndirmə ilə tüstüsüz məhsullar tüstüsüz, daha az zərərli gələcəyə keçidi sürətləndirə bilər.

Fadil Paşayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see225

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see191

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see171

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see170

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see167

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see162

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see146

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see142

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see136

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see133

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see129

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see128

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see124

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see123

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see122

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see121

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see121

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri