Icma.az
close
up
RU
Tütün məhsulları bahalaşacaq, elektron siqaret isə… KONKRET

Tütün məhsulları bahalaşacaq, elektron siqaret isə… KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elektron siqaretlərin ölkəyə idxalı və satışına qadağaların gündəmə gəlməsi fonunda bu məhsullardan istifadə edənlərin bir qisminin ənənəvi siqaretə keçəcəyi, bunun da bazarda qiymət artımına səbəb olub-olmayacağı maraq doğurur. Maraqlıdır, siqarət qiymətləri bahalaşa bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, elektron siqaretlərlə bağlı qadağaların tətbiqi üçün “Tütün və tütün məmulatları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər tələb olunur:

“Söhbət elektron siqaretlərin ölkəyə idxalı və satışına qoyulacaq qadağalardan gedir. Bu halda elektron siqaret istifadəçilərinin bir qismi ənənəvi siqaretə keçə, digəri isə ümumiyyətlə siqareti tərgidə bilər. Lakin bu proses siqaret qiymətlərinin bahalaşmasına birbaşa səbəb olmayacaq.”

Ekspertin sözlərinə görə, siqaret qiymətlərində gözlənilən artım elektron siqaretlərlə deyil, aksiz vergisinin artırılması ilə bağlıdır:

“Hazırda aksiz vergisi 1000 ədəd siqaret üçün 55 manat müəyyənləşdirilib ki, bu da təxminən 30 faiz artım deməkdir. Bu dəyişiklik bir paçka – yəni 20 ədəd siqaretin maya dəyərində təqribən 19 qəpik fərq yaradır. Nəticə etibarilə, sırf maya dəyəri baxımından siqaretlərin qiymətində 20–40 qəpik arasında bahalaşma gözlənilir.”

Asif İbrahimov əlavə edib ki, elektron siqaret bazarının bağlanmasından asılı olmayaraq, aksiz vergisi ilə bağlı qərar qüvvədə qalacaq və siqaret qiymətlərində artım onsuz da tətbiq ediləcək.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri