Icma.az
close
up
RU
Tut arağı içib qonşusunun həyətinə OD VURDU Bərdədə ŞOK OLAY

Tut arağı içib qonşusunun həyətinə OD VURDU Bərdədə ŞOK OLAY

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq, ot tayalarını yandırıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qəhrəmanlı kəndində qeydə alınıb.

33 yaşlı Məlik Abbasov (ad və soyad şərtidir) gecə saatlarında sərxoş halda qonşusunun həyətindəki ot tayalarını görərək, onları yandırıb. Nəticədə qonşusuna 9985 manat ziyan vurub. Məlik Abbasov hadisədən 2 saat sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmək – yandırmaq, partlatmaq və ya başqa ümumi təhlükəli üsulla törədilib ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Təqsirləndirilən Məlik Abbasov ifadəsində bildirib ki, atası ilə dalaşdığı üçün qayınatasının evində qalır. Hadisə olan gün evlərinə qonaq gəlib:

“Qeyri-rəsmi evliyəm və 1 aydır qayınatamın Qəhrəmanlı kəndindəki evində qalıram. Hadisə olan günü evimizə qonaq gəlmişdi. Qayınatamla birgə 3 nəfərə 700 qram tut arağı içdik. Araqdan əvvəl, 7 bakal pivə içmişdim. Gecə qayınatamla birlikdə qonağı yola salanda kəndin ortasınadək getdik. Qayınatam evə qayıtdı, mən də bir azdan gələcəyimi dedim. Oba marketdən 1 ədəd də pivə alıb içdim. Yolda gələndə qonşunun həyətindəki ot tayalarını görüb yandırmaq istədim. Siqaret çəkdiyim üçün daim üzərimdə alışqan olurdu. Dəmir çəpərdən atlayıb həyətə girdim və tayalara od vurdum. Bir az ərazidən aralandım, camaat yığılanda mən də yanğın yerinə getdim. Tayalara nə qədər su töksələr də, söndürmək mümkün olmadı. Heç kimə hadisəni mənim törətdiyimi demədim”.

Məlik Abbasov dəyən ziyanı birdəfəlik ödəməyə imkanı olmadığını, yalnız hissə-hissə ödəyə biləcəyini bildirib. O, həmçinin əməlindən peşman olduğunu deyərək, məhkəmədən ona rəhm edilməsini istəyib.

Onun arvadı isə ifadəsində ərinin son vaxtlar psixologiyasının pozulduğunu, telefonda özünü ölü adı ilə paylaşdığını qeyd edib.

Zərərçəkən şəxs isə təqsirləndirilən şəxsin yanğın zamanı qadınların arasında dayandığını görüb və ondan şübhələndiyini dilə gətirib. Onun sözlərinə görə, əvvəllər baytar işləyib və kənddə hamı ona hörmət edirmiş. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyir.

Bərdə rayon Məhkəməsinin qərarı ilə Məlik Abbasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Dekabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri