TV lərin səriştəsizliyi yoxsa… PƏRVİZ YƏHYALI YAZIR
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Telekanal tamaşaçı auditoriyasının çoxluq təşkil etdiyi axşam saatlarında adını “şou proqram” qoyduğu layihə ilə ekranı zəbt edib.
Qonaq qismində Elza Seyidcahan studiyada əyləşib. Aparıcı əvvəlcədən hazırladığı videoçarxı təqdim edir. Kifayət qədər yetkin yaşlı insan Bakı bazarlarının piştaxtaları arasına düşüb və əlində mikrofon gəzir. Qarşısına çıxan satıcılardan sorğu ilə cavab almağa cəhd edərək.
“Bəs, siz Elza Seyidcahanın başına hansı meyvə ya tərəvəz qoymasını istəyirsiz” deyə soruşur.
Təbii ki, biz tamaşaçı olaraq bu cənaba verilən fərqli cavabları görmür, eşitmirik. Cavab verənlər isə (yəni tamaşaçıya göstərilənlər) satdıqları məhsula görə alma, göyərti, qoz, ananas nə bilim yerkökü göstərib, gülürlər.
Hər cavaba görə də Elza Seyidcahan studiyada qaqanaq çəkib, gülür. Bu mənzərə teleekradan mənim evimə dürtülən səviyyəsizlik, mənasızlıq, heç bir əndazəyə sığmayan tamaşaçı aşağılanmasıdır.
Deyilənə görə, ölkədə teleyayımlara nəzarət edən şura var. Və bu şuranın üzvləri aylıq məvacib alırlar. Özü də dövlətin büdcəsindən. Yəni, vergi ödəyən vətəndaşların formalaşdırdığı büdcədən. Fərd olaraq, cəmiyyət olaraq nə qədər susuruqsa, gənclərimizi bir o qədər simasızlıq bataqlığına sürüklədiyimizin fərqinə varmırıq.
Axı ekran qarşısındakı 13-14 yaşlı uşağın seyirçi kimi şüuru altına belə mənasızlığı yeritməklə bu yaş qrupundan olan insanlara mənəvi travma yaşadılır.
Başqa bir kanal isə günün baş xəbərləri rubrikasında aparıcısının təqdimatında ciddi-ciddi süjet sərgiləyir. Mimikası hansısa sevinc dolu xəbəri oxuyurmuş kimi qeyri-adi parlaqdır.
Hələ gözləri demirəm. Ekrandan işım-işım işıldayır. Lokomativin çəkib apardığı vaqonlar dəfələrlə nümayiş etdirilir.
Ermənistana 22 vaqonluq benzin yola salınmasını xəbəri tamaşaçını muştuluqlayacaq tərzdə oxunur. Cənab, ya xanım redaktor! Telekanalın ənka böyüyü! Bəyəm bu qədər qeyri-peşəkarlıq olar? Yaxşı, başa düşürük. Bu siyasətdir. Hansısa məqama hesablanmış gedişdir. Yəni başa düşmək bu qədər çətindir ki, xəbəri normal qaydada təqdim etməməyə görə milyonlarla insanda ikrah hissi doğurursuz? Axı evi yaslı şəhid ailələri bu “sevincək” xəbərə düşündüyünüz kimi sevinmirlər. Ağılı, düşüncəsi yerində olan hər kəs hələ də Ermənistan tərəfdən işğal altında olan iki kəndimizin qaytarılmadığını bilir. Xocalı qətliamının törədənlərdən Köçəryan, Sərkisyan, Balasanyanın rəsmi İrəvan tərəfindən Azərbaycana təhvil verilməsi, 30 ildə torpaqlarımızda daşı daş üstə qoymadıqları vandallığa görə təzminat ödəmələri barədə Azərbaycan xalqının haqlı tələbləri barədə İrəvanda susurlar. Susmaqları cəhənnəm, hətta şərəfsizcəsinə revanşist çağrışlar da edirlər. Silah tədarükləri də öz yerində.
Hindistandan, Fransadan, Serbiyadan, Yunanstandan aldıqları yeni silahları dinc məqsədlər üçün daxil edirlər arsenallarlna? Axı niyə insanları bu qədər rəzilliklə hər şeydən iyrəndirirsiz?
Peşəkar olmayan televizya rejissoru, redaktoru, operatoru, aparıcısı hətta yerində olmayan bir jestə, uyğunsuz mimik ifadə tərzinə görə məsuliyyətsizcəsinə tamaşaçı əsəblərini tarıma çəkir.
Bu artıq sadəcə səriştəsizlik yox, düşmən münasibətdir. Daha fərqi yoxdur, düşünülərək və ya bilmədən, məsuliyyət anlamadan.
Pərviz Yəhyalı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 22 Dekabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















