Icma.az
close
up
RU
Qərib məzarlar PƏRVİZ YƏHYALI YAZIR

Qərib məzarlar PƏRVİZ YƏHYALI YAZIR

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Mikayıl Ələkbərov səhifəsi

Sarayda dünyaya göz açsa da doğulduğu məkan təmtəraqlı deyildi. Sadə, evin məhəccərli pəncərələri o qədər kiçik idi ki, hücrələr gündüzün günorta çağı tutqun toranlıq olurdu. Xəzri çardaqsız evlərin qır damlarından şütüyüb, əyri-üyrü dalanlarda vahiməli uğultu qoparır, sarı tozanaq hikkə ilə özünü daş hasarlara çırpırdı. Nöyüt qoxusu bağlı qapı-pəncərələrdən gözəgörünməzliklə yer tapıb, daxmalara dolurdu.

Qədim-qaim Abşeronun Saray kəndində belə kasıb daxmaların birində küləklərin at oynatdığı alaçalpo vədəsi bir oğlan uşağı doğuldu. Uşağın atası Məhəmməd kişi oğluna atasının adını qoydu. Saray daxmalarının birində novruz bayramına cəmi bir həftə qalmış, cümə axşamı şərqarışan vaxt 1924- cü ilin 13 mart tarixində doğulan uşaq qığıltısı ilə ailəsinə böyük-böyük saraylara sığmayan xoşbəxtlik gətirdi. Atası atam dediyi Mikayılın taleyində sanki doğulduğu gündən 13 rəqəmi qəribə cazibə ilə dövr edirdi. Onun 1942- ci ilin 13 mart tarixində 18 yaşı tamam olandan 13 gün sonra cəbhəyə yola düşməsi həyatının 13 rəqəmilə bağlı olaylarının hələki ilklərindən idi.

Mikayıl Məhəmməd oğlu Ələkbərov II Dünya Müharibəsinin cəbhələrinə yollanmış 700 min Azərbaycan vətəndaşından biri kimi alman faşizminə qarşı döyüşlərə qoşulur. On səkkiz yaşlı qarayanız saraylının döyüş yolu 7-ci ordunun 81-ci diviziyasıdan başlayır. Gənc əsgər Mikayıl 79-cu qvardiya əlahiddə kəşfiyyat bölüyündə xidmət edir.

Mikayıl Ələkbərov 1943-cü ilin payızında Ukrayna cəbhəsinin qızğın döyüşlərində öz bölük yoldaşları ilə misilsiz əsgəri şücaət göstərir. Dnepr çayının keçilməsində, xüsusi istehkam-xətt yaratmış alman ordu birləşmələrinin müqavimətinin qırılması istiqamətində Mikayılın göstərdiyi şəxsi qəhrəmanlığı dillər əzbəri olmuşdur. Sentyabr ayının son həftəsində Mikayılın döyüşdüyü bölüyə düşmənin atəş qruplaşmalarının yerini müəyyənləşdirmək tapşırığı verilir. Kəşfiyyatçı dəstə üçün xarakterik olmayan hərbi manevr sayəsində almanlarınm əsas zərbə nöqtələrini müəyyənləşdirməyə müvəffəq olan dəstə açıq döyüşə girir.

Beləliklə düşmən özü də hiss etmədən əks tərəfə qüvvələrinin kordinatlarını vermiş olur. Qeyri-bərabər, açıq döyüş əməliyyatında Mikayıl Ələkbərov silahdaşları ilə düşmənin 13 həmləsini dəf edir, 14-cü cəhddə almanlar Mikayılı ağır yaralayır. 30 sentyabr 1943- cü ildə ağır yaralanan cəsur döyüşcü hərbi hospitala yerləşdirilir. Çox təəssüf ki, 13 gün sonra 1943-cü ilin 13 oktyabrında Mikayıl Ələkbərovun ürəyi doğma Saray kəndindən, Xəzər sahillərindən uzaqlarda Ukaraynanın Dnepropotrovsk vilayətinin Verxnodneprovsk rayonunda əbədi olaraq susur. 19 yaşlı azərbaycanlı gəncin qəhrəmanlığı qarşısında layiq olduğu adı verməməyə cürət etməyən hərbi komandanlığın vəsadəti ilə ona ölümündən 13 gün sonra 26 oktryabr 1943-cü il tarixdə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilir. Qəhrəmanın nəşi 309 döyüş yoldaşı ilə birlikdə Şervinovkanın Rudka kəndində torpağa tapşırılır.

Vətəndən uzaqlarda Ukraynada torpaqlarında qəriblikdə uyuyan Mikayıl Ələkbərovun qərib məzarı 2011-ci ildə qəbrüstü abidə ilə əbədiləşdirilir. Qəhrəmanın abidəsi həm də doğma diyardan iraq düşmüş minlərlə soydaşlarımızın itkin məzarlarına təsəlli ziyarətgahlarındandır.

Pərviz Yəhyalı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Oktyabr 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri