Tverdə yaşayış binasında ölümlə nəticələnən partlayışın dron hücumu ilə əlaqədar olmadığı açıqlanıb YENİLƏNİB
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İlkin ekspertizaya əsasən, Tverdə çoxmərtəbəli binada yanğına mənzildəki qaz partlayışı səbəb olub.
APA-nın xəbərinə görə, bu barədə Tver vilayətinin qubernatoru vəzifəsini icra edən Vitali Korolyov bildirib.
Qeyd edilib ki, daha əvvəl hadisə dron qalıqlarının düşməsi ilə əlaqələndirilib, çünki həmin vaxt Hava Hücumundan Müdafiə sistemləri ərazidə pilotsuz uçuş aparatlarının hücumunu dəf ediblər.
***
12:02
Rusiyanın Tver şəhəri üzərində vurulan pilotsuz uçuş aparatının (PUA) qalıqlarının çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Tver vilayətinin qubernatoru vəzifəsini icra edən Vitali Korolyov “Telegram” kanalında məlumat yayıb.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin Tver vilayəti üzrə qüvvələri tərəfindən yanğın tamamilə söndürülüb. İki nəfər xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib”, - o bildirib.
“Astra” nəşri geolokasiya məlumatlarına istinadən bildirib ki, PUA-nın mümkün hədəfi Tver Vaqonqayırma Zavodu ola bilər. Zavod dronun düşdüyü yaşayış binasından təxminən bir kilometr məsafədə yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 06 Yanvar 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















