Icma.az
close
up
RU
U 21 də Avropa triosu

U 21 də Avropa triosu

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın U-21 milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti üç qarşılaşma üçün heyəti açıqlanıb. Yığmamız sentyabrın 25-də evdə Çexiya, 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da isə yenidən Bakıda Cəbəllütariq ilə üz-üzə gələcək.

AFFA-nın mətbuat xidməti tərəfindən bəyan edilən 25 nəfərlik siyahıda daxili çempionat təmsilçiləri ilə yanaşı, xarici klublarda forma geyinən gənclərin yer alması xüsusi diqqət cəlb edir. Dəvət alanlar arasında Lorenzo Mezzotero, Mustafa Kamara və Elyas Bağcının adı böyük maraqla qarşılanıb

“Sampdoriya”nın bakılısı

Siyahıda ən çox diqqət çəkən simalardan biri İtaliya “Sampdoriya”sının gənclər heyətində parlayan Lorenzo Mezzoterodur. 2008-ci ildə İtaliyanın Monza şəhərində anadan olan ucaboy hücumçunun həyat yolu Bakı ilə sıx bağlıdır. Atasının işi ilə bağlı 2014-cü ildə ailəlikcə Bakıya köçən Lorenzo ilk futbol addımlarını “Qarabağ”da atıb, 2017-ci ildən isə “Neftçi” akademiyasına qoşulub.

“Ağ-qaralar”ın uşaq komandasında yüksək məhsuldarlığı ilə seçilən forvard çempionluq yaşayıb, U-13 Liqasında turnirin bombardirlərindən olub. 2020-ci ildə ailəsi ilə İtaliyaya qayıtdıqdan sonra “Vigor Milano” və “Atalanta” akademiyalarında inkişaf edən Mezzotero 2024-cü ildə “Sampdoriya” ilə ilk peşəkar müqaviləsini bağlayıb. İtaliya U-19 Liqasında 14 qol və 2 assistlik göstərici ilə diqqət çəkən 18 yaşlı hücumçu artıq “Sampdoriya”nın əsas komandası ilə məşqlərə qatılır və bu mövsüm Seriya B-də 2 oyunda şans qazanıb.

Atasının izi ilə…

Heyətdə yer alan başqa bir maraqlı sima Belçikanın “Sent-Trüden” klubunun yarımmüdafiəçisi Mustafa Kamaradır. 2008-ci ildə Azərbaycanda anadan olan 18 yaşlı cinah oyunçusu futbol azarkeşlərinə yaxşı tanış olan soyadı daşıyır. O, 2007–2012-ci illərdə “Qəbələ”nin formasını geyinmiş Abdulkader Kamaranın oğludur.

Peşəkar karyerasına 2025/26 mövsümündə Belçikada başlayan Mustafa “Sent-Trüden”in U-18 komandasında sabit çıxışı ilə seçilir. Bütövlükdə U-18 heyətində 22 matça çıxan gənc vinger 3 qolla yadda qalıb. Atasının uzun illər mübarizə apardığı Azərbaycan futbolunu seçən ön xətt oyunçusu sol cinahında rəqabəti xeyli artırmağa namizəddir.

Dünən rəqibimiz idi, bu gün millimizdə

Siyahıda önə çıxan legionerlərdən sonuncusu Almaniyanın “Herta” klubunun U-19 komandasının şərəfini qoruyan Elyas Bağcıdır. 2008-ci ildə Berlində doğulan yarımmüdafiəçi 2026-cı ilin yanvarında AFFA tərəfindən milliləşdirilib.

Türkiyə vətəndaşlığı da olan Bağcı 2023-cü ildə qardaş ölkənin U-16 (15 oyun), 2024-cü ildə isə U-17 (6 oyun) millilərində top qovub. Maraqlıdır ki, o, 2024-cü ilin sentyabrında Türkiyə U-17-sinin heyətində məhz Azərbaycan U-17-sinə qarşı keçirilən yoldaşlıq matçlarında forma geyinmişdi. Yarımmüdafiənin mərkəzində və sağında oynamaq bacarığı olan gənc futbolçu artıq U-21 kollektivimizin heyətində özünü göstərməyə çalışacaq.

Seçmə mərhələdəki üç çətin sınaq ərəfəsində Avropa futbol məktəbi görmüş gənclərin yerli liqa təmsilçiləri ilə sintezi Azərbaycan yığmasına yeni nəfəs verə bilər. Dəvət alan legionerlərin komandaya nə dərəcədə uyğunlaşacağını sentyabrın 25-dən etibarən keçiriləcək oyunlarda görəcəyik.

Ayxan Zayıdzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Sentyabr 2026 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri