QMİ dən Həcc ziyarəti ilə bağlı açıqlama: “Noyabrın sonunda bilinəcək”
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bunu Ölkə.az-ın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, 2027-ci il üçün Azərbaycana ayrılacaq Həcc kvotasının dəqiq sayı noyabrın sonunda məlum olacaq.
Xatırladaq ki, Həcc ziyarətinə getmək istəyən şəxslərdən ümumvətəndaş pasportu (ən azı 1 il etibarlılıq müddəti olan), şəxsiyyət vəsiqəsinin surəti, ağ fonda çəkilmiş 5x5 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil (qadınlar üçün tünd rəngli hicabda) və sağlamlıq haqqında arayış tələb olunur.
Sənədlərin qəbulu iş günləri saat 10:00-dan 16:00-dək Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında həyata keçirilir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 05 Noyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















