Icma.az
close
up
RU
U 21 millimizin baş məşqçisi: Meydançada məğlubiyyətlə barışmaq olmaz

U 21 millimizin baş məşqçisi: Meydançada məğlubiyyətlə barışmaq olmaz

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində Moldova yığması (2:0) ilə keçirilən yoxlama görüşü ilə bağlı AFFA.az saytına fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Abbasov yığmamızın qələbəsini bu cür şərh edib:

“İlk oyunda qələbə qazanmaq hamımızı sevindirdi. Futbolçuları tanıyırıq. Düzdür, bəziləri birinci dəfə idi bir yerdə oynayırdılar. İnanıram ki, ilk toplanışımız xeyrimizə olacaq. İki gündən sonra da Şimali Makedoniya ilə qarşılaşacağıq. Qısa vaxtda oyunlar keçirmək çox önəmlidir. Qarşıdan gələn ardıcıl rəsmi matçlara hazır olmalıyıq. Moldova ilə görüşdə bəzi futbolçuları yaxından tanımaq imkanım oldu. Təbii ki, seleksiya işlərini davam etdirəcəyik. Növbəti toplanışa yeni oyunçular da dəvət olunacaq. Yayda baş tutacaq hazırlıq zamanı komanda olaraq daha çox artıracağımıza inanıram”.

Baş məşqçi futbolçuların klublarında daha çox oyun şansı əldə etmələrinin önəmindən bəhs edib: “Əlbəttə ki, bəzi çatışmazlıqlarımız var. Futbolçuların öz klublarında az oyun şansı əldə etmələrini Moldova ilə qarşılaşmanın sonlarında hiss etdik. Onlara da demişəm ki, klublarında müntəzəm oynamaq üçün öz üzərlərində çalışmalıdırlar. Rəqibin kimliyindən asılı olmayaraq, meydançada məğlubiyyətlə barışmaq olmaz. Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi. Bunları növbəti matçlarda da görmək istəyirik”.

Qeyd edək ki, U-21 hazırlıq çərçivəsində martın 25-də Şimali Makedoniya yığması ilə yoxlama görüşü keçirəcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Mart 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri