Üç azyaşlı bir skuterlə əks istiqamətdə gedir ANBAAN VİDEO
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qurum valideynlərə müraciət edib:
“Sutkanın qaranlıq vaxtı paytaxtda intensiv hərəkətin müşahidə olunduğu yollarda üç azyaşlı bir skuterlə əks istiqamətdə hərəkət edir, svetoforun qırmızı işığında keçirlər. Yollarda təhlükəli manevrlər edən zaman skuterdə olan azyaşlı sərnişin yolun hərəkət hissəsinə də yıxılır.
Xoşbəxtlikdən, bu dəfə onların etdikləri səhv hərəkətlər qəza ilə nəticələnməyib. Lakin görüntülər bir daha göstərir ki, uşaqların yol hərəkəti qaydalarını bilməsi ilə yanaşı, həmin qaydalara əməl etməsinə nəzarət də olduqca vacibdir.
Bu məqsədlə hər bir valideyn müşahidə kameralarının qeydə aldığı görüntülərə diqqətlə baxmalı və həyat üçün vacib olan bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Onlar bilməlidirlər ki, kiçik elektrikli nəqliyyat vasitəsini idarəetmə hüququ 14 yaşdan başlanır.
Valideynlər övladlarına skuterdən istifadə zamanı yol hərəkəti qaydalarına əməl etməyin vacibliyini izah etməli, svetofor siqnalları barədə məlumat verməli, əks istiqamətdə hərəkət etməyin və təhlükəli manevrlərdən çəkinməyin zəruriliyini diqqətə çatdırmalıdırlar”.
Məlumata görə, belə hallar aşkar edildiyi zaman azyaşlıların valideynləri barəsində məsuliyyət tədbirləri görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 04 Sentyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















