Icma.az
close
up
RU
Üç erməni prezident Bakıya verilsin! İrəvanda sərt çağırışlar

Üç erməni prezident Bakıya verilsin! İrəvanda sərt çağırışlar

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Nikol Paşinyan Ermənistanın keçmiş prezidentlərinin Azərbaycana ekstradisiya olunması prosesinə başlayıb”. 

Bu barədə Ermənistanda “HayaQue” hərəkatının üzvü Menua Soqomonyan deyib. Soqomonyan paraflanmış sülh sazişinin 8-ci maddəsinə diqqət çəkib. “Orada bildirilir ki, tərəflər separatizmə qarşı mübarizə aparmaq öhdəliyi götürür. İndi Nikol Paşinyan keçmiş prezidentləri Qarabağı (keçmiş qondarma rejim-red.) dəstəkləməkdə, separatizmi müdafiə etməkdə ittiham edəndə bunu nəzərdə tutur. Sosial şəbəkələrdə Nikolun tərəfdarlarının keçmiş prezidentlərin ekstradisiya edilməsi ilə bağlı tələblərini gördük. Düşünürəm ki, bu, baş verə bilər. Artıq keçmiş prezidentlərin ekstradisiya edilib-edilməməsini müzakirə edirik. Deyəcəklər ki, onları təhvil verməsək, müharibə olacaq”, - o bildirib.

Qeyd edək ki, Paşinyan Ermənistanın keçmiş prezidentlərini - Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı 18 yaşlı erməni əsgərləri Ermənistan sərhədlərindən kənarda - Qarabağda yerləşdirməkdə günahlandırıb. Seçki yaxınlaşdıqca isə qarşılıqlı ittihamlar yağdırılır, hətta iqtidar tərəfdarları keçmiş prezidentləri Azərbaycana təhvil verməyə çağırır.

Təbii ki, xüsusən Köçəryanla Sərkisyanın yeri Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasıdır. Onlar da Araik Aryutunyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyanla yanaşı oturmalı və mühakimə edilməlidirlər. Hətta birinci elə keçmiş prezidentlər - Xocalı caniləri həbs olunmalıdır. Çünki onlar azərbaycanlıların qətlində iştirak edib, əlləri qana batıb. Azərbaycanda hər iki Xocalı qatili haqda cinayət işi açılıb. Sərkisyan isə Xocalı soyqırımını törətdiklərini etiraf edib və müsahibələrinin birində bəyan edib ki, bu cinayətləri qəsdən ediblər, mülki əhalini də öldürə biləcəklərini göstərmək istəyiblər. Eyni zamanda, hər iki cani Qarabağdan Ermənistana gedərək hakimiyyətə gəlib. Onlar ərazilərimizdə terrorçuluğa, xunta rejiminə rəhbərlik ediblər. Ermənistanın birinci prezidenti Ter-Petrosyana gəldikdə, onun dövründə torpaqlarımız işğal olunub və digərlərindən az məsuliyyət daşımır.

Ancaq indiki reallıqda Paşinyanın hər üç eks-prezidentləri Bakıya təhvil verməsi nə qədər realdır? Erməni baş nazir bunu edərmi, yoxsa daxili didişmələr səbəbindən iqtidar tərəfdarları bu cür çağırışlar edirlər?

Çingiz Qənizadə

Ölkə.Az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, hər üç keçmiş prezident Azərbaycan həbsxanasına layiqdir. Hüquq müdafiəçisi Köçəryanla Sərkisyana cinayət işi açıldığını xatırladıb və deyib ki, beynəlxalq hüquq onların Azərbaycana təhvil verilməsinə qarşı deyil: “Sadəcə, işin hüquqi tərəfindən daha çox siyasi mahiyyəti var. Ermənistan hakimiyyəti bu addımı atmaq niyyətində deyil. Çünki Paşinyan daxildə satqın obrazı qazana bilər və Azərbaycana işləməkdə ittiham olunar. Sadəcə, siyasi rəqabətdə keçmiş ”Qarabağ klanı"na aid liderlərin ifşası davam etdirilir. Hakimiyyət və onun tərəfdarlarının təbliğatı rəqiblərini daha da gözdən salmağa hesablanıb. Onsuz da onlara erməni cəmiyyəti nifrət edir. Amma bir qrup revanşist düşüncəli adamlar da dəstək verir. Ona görə də Paşinyanın siyasi iradəsi buna getməyə yol verməz. Amma onlar Azərbaycanda mühakimə olunmağa ən layiqli cinayətkarlardır. Gələcəkdə diplomatik əlaqələr yaranarsa, Azərbaycan Ermənistan hakimiyyətindən bunu tələb edə bilər, yaxud Paşinyan özü onların cəzalandırılmasını istəyər".

Ç.Qənizadə bildirib ki, Paşinyan 2026 seçkilərində qalib gələrsə, bu revanşist qüvvələr siyasi səhnədən tamamilə silinəcək: “Onlarla birlikdə Ohanyan, Balasanyan və digər qatillər də cəzalanmalıdırlar. Bu terrorçular Qarabağda günahsız insanları qətlə yetiriblər, sərvətlərimizi talayıblar, ərazi bütövlüyümüzə qəsd ediblər. 44 günlük müharibədə ədalət öz yerini tapdı. Amma Azərbaycan və erməni xalqlarının düşmənləri olan bu canilərin nəfəs almağa belə haqqı yoxdur. İnanıram ki, ədalət bu məsələdə də öz yerini tapacaq, onlar həbs ediləcəklər. Əgər Paşinyan hakimiyyəti onları bizə təhvil verərsə, yaxud özləri onlaı mühakimə edərsə, daha bir ”Nürnberq prosesi" qurula bilər".

Ç.Qənizadə yada salıb ki, Azərbaycan onları İnterpola verib: “Azərbaycan İnterpolun üzvüdür. O deməkdir ki, onları hava limanında saxlayıb Azərbaycana təhvil vermək olar. Özləri də bilirlər ki, Azərbaycan onları beynəlxalq axtarışa verib. Ona görə hər ölkəyə gedə bilmirlər.

Qeyd edək ki, Bakıda hərbi canilərin məhkəməsində Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin cinayət işi üzrə sübut kimi tədqiq olunması ilə davam etdirilib. Müsahibədə Manvel Qriqoryan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın və Serj Sarkisyanın Azərbaycan ərazilərinin vaxtilə işğal edilməsində iştirakından da danışıb.

O, Ermənistandan yüksəkrütbəli hərbçilərin, general və polkovniklərin Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində hərbi bölmələr yaratmaq üçün göndərildiyini də söyləyib. Generallardan birinin isə adını çəkərək, onun Gümrüdən gəlmiş Artuşa olduğunu deyib.

“Ermənistandan bizə avtomat, ümumiyyətlə vertolyotla nəyi gətirmək mümkündürsə, onu gətirə bilirdilər”, - deyə o əlavə edib. Manvel Qriqoryan azərbaycanlıların qətlə yetirildiyini, kəndlərin talan edildiyini də etiraf edib və deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri