Icma.az
close
up
RU
İrəvanda radikal çağırışlar səngimir

İrəvanda radikal çağırışlar səngimir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Separatçılar yeni təxribatlara başlayıblar

Azərbaycan Ordusunun dövlət suverenliyinin bərpası məqsədilə 2023-cü ilin sentyabrında həyata keçirdiyi birgünlük antiterror əməliyyatından sonra keçmiş qondarma separatçı rejimin təzyiq və təhriki ilə bölgəni tərk edən Qarabağ erməniləri İrəvanda acınacaqlı durumdadırlar. Onlar üzləşdikləri vəziyyətlə bağlı narazılıqlarını vaxtaşırı dilə gətirirlər. Sonuncu belə aksiya iyulun 12-də axşam saatlarında İrəvanın mərkəzindəki “Azadlıq” meydanında keçirilib.

Qeyd edək ki, “Artsax xalqı”nın (?) hüquqlarını müdafiə şurası tərəfindən təşkil olunan mitinqə çağırış bəyanatında bildirilmişdi ki, hüquqlarımızı birgə səylər və qanuni vasitələrlə qoruya bilmək üçün bu çətin şəraitdə mühüm qərarlar qəbul etməliyik. Mitinqə icazə verilmiş, lakin polis və İrəvan meriyası planlaşdırılan yürüş və oturaq aksiyanın keçirilməsi ilə bağlı müraciəti rədd etmişdi. Yürüşün Ermənistan hökuməti və parlament binaları qarşısında keçirilməsi planlaşdırılırdı.

Mitinqin təşkilatçıları bildiriblər ki, onlar “artsaxlılar”ın hüquqlarını bundan sonra da qorumaq niyyətindədirlər. Onlar öz xislətlərinə sadiq qalaraq ənənəvi revanşist bəyanatlar səsləndiriblər: “Biz öz vədlərimizə sadiqik və seçdiyimiz yoldan dönməyəcəyik. Məqsədimiz ümumi məqsəd naminə vahid, əlaqələndirilmiş və səmərəli əməkdaşlığı təmin etməkdir. Biz Erməni Apostol Müqəddəs Kilsəsini, Böyük Kilikiya Evinin Katolikosluğunu, bütün diaspor qurumlarını, ictimai təşkilatlarını və siyasi qüvvələri, bütün erməni xalqını “Artsax ideyası” ətrafında birləşməyə və “Artsax məsələsini” ümumerməni gündəminə çevirməyə çağırırıq. Bu gündəmi dəstəkləyənlər bizimlə birgə, bizim yanımızda olmalıdırlar. Gəlin xatırlayaq ki, 1988-ci ildə eyni ruh, eyni fikir, eyni qətiyyətlə “Artsax”ın oyanışı “xalq üsyanı” ilə başladı. Həmin ruh bu gün də oyaqdır”.

Mitinq başlamazdan əvvəl təşkilatçılar tərəfindən daha bir təxribatçı hərəkətə yol verilib. Keçmiş qondarma rejimin “bayrağı” adlandırılan 50 metrlik uzunluqda əski parçası “Azadlıq” meydanında açılıb. Çıxış edən şura üzvü Saida Poqosyan bildirib ki, “artsaxlılar”ın tələbləri dəyişməz olaraq qalır. Bu gündən onlar mübarizənin yeni mərhələsinə başlayırlar. Mitinq zamanı Ermənistan hakimiyyəti qarşısında bir sıra məsələlər qaldırılıb. Bura sosial problemlərin həlli, Bakıda ədalət mühakiməsi önünə çıxarılan şəxslərin azad edilməsi, ermənilərin Qarabağa qayıtmasının təmin edilməsi, habelə işğaldan azad edilmiş ərazilərdə mədəni-tarixi irsin (?) qorunması daxildir.

İyulun 12-dən 13-nə keçən gecədən etibarən separatçılar polis və meriyanın yürüş və oturaq aksiya qadağasına etiraz əlaməti olaraq meydanda müddətsiz oturaq aksiyaya başladıqlarını elan ediblər. Adı çəkilən şuranın üzvü Artak Mkrtçyanın sözlərinə görə, polis əməkdaşları toplaşanlara xəbərdarlıq ediblər ki, qadağa pozulacağı təqdirdə güc tətbiq oluna bilər: “Biz meydanda oturaq aksiyaya başlayırıq və problemlərimiz həll olunana qədər burada qalacağıq. Polis meydanda çadırların quraşdırılmasını da qadağan edib”.

Parlamentdəki “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan öz növbəsində qeyd edib ki, “Artsax xalqı” ekstremal tədbirlərə əl atmağa məcburdur, çünki hakimiyyət onların problemlərini həllini hətta, qısamüddətli perspektivdə də təklif etməyib. İş o yerə çatıb ki, onların yürüş keçirmək hüquqlarını belə məhdudlaşdırırlar.

***

Şura üzvləri və bir qrup separatçı bütün gecəni və səhəri meydanda keçiriblər. Gecə saatlarında polislə aparılan danışıqlar nəticəsində oturaq aksiya keçirilən əraziyə bir neçə yuxu kisələri çatdırmaq mümkün olub. Oturaq aksiyanın əsas tələbi “artsaxlılar”ı aktual problemlərini həll etməkdir. Keçmiş qondarma rejimin “ombudsmanı” Geqam Stepanyan bildirib ki, onlar Ermənistan hökumətinə əvvəllər 12 tələbdən ibarət sənəd təqdim ediblər, lakin yalnız sosial məsələlərə baxılıb, digər tələblər, məsələn, Qarabağa qayıtmaq, mədəni irsin qorunması, “məhbuslar”ın azad edilməsi və s. kimi tələblərə rəsmi İrəvan məhəl qoymur.

Keçmiş rejimin sabiq “dövlət naziri” Artak Beqlaryan isə Ermənistan hökumət binası qarşısında jurnalistlərə açıqlamasında deyib ki, etiraz aksiyası hakimiyyətdən gözləntiləri əks etdirir: “Əgər biz buradayıqsa, bu o deməkdir ki, hökumətdən hələ də gözləntilərimiz var. Bizim proqnozlarımız başqa məsələdir. Hələlik hadisələrin inkişafı və hakimiyyətin siyasi mövqeyi göstərir ki, Ermənistan hökuməti “Artsax xalqı”nın hüquqlarını qorumaq üçün ciddi islahatlar və ya əhatəli, effektiv müzakirələr aparmaq fikrində deyil”.

Beqlaryan qeyd edib ki, hakimiyyət bəzi siyasi tələbləri milli təhlükəsizliyə təhdid hesab edir. Bura xüsusən də separatçıların Qarabağa geri qaytarılması, “mədəni irs”in qorunması və “məhbuslar”ın azad edilməsi məsələləri daxildir.

Onun sözlərinə görə, hətta, sosial məsələlər də hissə-hissə və səmərəsiz həll olunur. Yaşayış yeri üçün kirayə ödənişləri dayandırıldıqdan sonra Qarabağdan gələnlər arasında yoxsulluq səviyyəsi kəskin şəkildə artıb: “Mütəxəssislərin hesablamalarına görə, Artsax sakinlərinin təxminən 80 faizi artıq yoxsulluq həddindən aşağıda yaşayır. Yaxın 2-3 ay ərzində həddindən artıq yoxsulların sayı xeyli artacaq”.

Artak Mkrtçyan isə iyulun 14-də davam edən etiraz aksiyası zamanı bildirib ki, etirazçılar “40+10 min” dəstək proqramının davam etdirilməsini tələb edir, hökumət isə onu dayandırıb və yalnız Qarabağ sakinlərinin müəyyən, ən həssas qruplarına dəstək verir: “Qarabağdan gələnlərin mənzillə təmin olunması problemlidir. Çünki məcburi şərt var – Ermənistan vətəndaşlığının alınması. Adamlar müxtəlif səbəblərdən vətəndaşlıq ala bilmirlər. Bir çoxları doğum haqqında şəhadətnamələrini “Artsax”da qoyublar və burada bu məsələləri operativ həll edə bilmirlər. Adamlar bizə zəng edib deyirlər ki, doğum haqqında şəhadətnamə üçün 200-250 min dram istəyirlər”.

***

Dünən Nazirlər Kabinetinin binası yaxınlığında etirazçılar önünə çıxan Ermənistan hökumətinin nümayəndəsi Ayk Simonyan küçədə heç bir müzakirə olmayacağını bildirib və qəbul üçün Qarabağ sakinlərindən ibarət dörd nəfərlik qrup yaratmağı təklif edib. Etirazçılar 2-3 aydır ki, peşəkar qruplarla danışıqlar apardıqlarını, lakin nəticəsi olmadığını xatırladıblar. “Hökumət konkret sosial məsələlərlə bağlı mövqeyini dəyişib, ya yox? Yoxsa, biz sadəcə olaraq yenidən danışıqlar meydançasına girməliyik? – deyə etirazçılardan biri soruşub.

A.Simonyan isə deyib: “Mən indi onları konkret sadalaya bilmərəm, amma suallarınız yerindəcə müzakirə olunacaq, cavablar alacaqsınız. Ola bilər ki, qərar verilsin, amma sizin 20 bəndinizdən hansının dəyişəcəyini indi deyə bilmərəm”.

Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan isə etiraz aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı olduqca aydın siyasi qiymət səsləndirilib: “Müxalifət artsaxlılardan istənilən şəkildə hakimiyyətə qarşı öz mitinqləri üçün siyasi material kimi istifadə etməyə çalışır. Təbii ki, məqsəd hakimiyyəti dəyişməkdir. Hər dəfə “Artsax xalqı”nın emosional hissləri ilə oynamaq və bu insanları küçələrə çıxarmaq cəhdi olur”.

İrəvanda keçirilən aksiya bir daha göstərir ki, Qarabağdan könüllü köçüb gedən ermənilər Ermənistan cəmiyyətinə inteqrasiya etməkdənsə, revanşist və separatçı xətlə hərəkət etməyə üstünlük verirlər. Onların aksiyası da sosial narazılığın ifadə edilməsindən çox, revanşist dairələrin siyasi təxribat cəhdinə çevrilib. Mitinq başlamazdan öncə keçmiş qondarma rejimin “bayrağı”nın, əslində, separatizmin rəmzi olan əski parçasının meydanda nümayiş etdirilməsi bu insanların hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiklərini sübut edir. Ancaq deyəsən, onlar başa düşmürlər ki, keçmiş qondarma rejimin simvolik “bayrağı”nın açılması yalnız təxribat deyil, həm də Ermənistanın suverenliyinə açıq-aşkar meydan oxumaqdır. Ermənilər tərəfindən “Qarabağa qayıdış”, Azərbaycanda hüquqi müstəvidə mühakimə edilən separatçıların sərbəst buraxılması, işğaldan azad edilmiş ərazilərdə “erməni irsi”nin qorunması kimi tələblərin irəli sürülməsi, mahiyyət etibarilə, separatçıların Ermənistan hakimiyyətinə qarşı təzyiq vasitəsinə çevrilib. Bu çıxışlar Ermənistan hakimiyyətini çətin vəziyyətə salmaqla yanaşı, regionda sülh gündəliyini də pozmağa xidmət edir. Separatçıların aksiyaları Ermənistanın daxili sabitliyinə və siyasi idarəçiliyinə ciddi təhdid yaradır. Onların ritorikası rəsmi İrəvanın beynəlxalq öhdəlikləri ilə də uzlaşmır.

Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi

İrəvanda keçirilən mitinq təkcə sosial narazılığın ifadəsi deyil, həm də separatçı ideologiyanın yenidən dirçəldilməsi cəhdidir. Qarabağdan köçən ermənilərin adından çıxış edən qruplar Nikol Paşinyan hökumətini fakt qarşısında qoymağa, siyasi şantaj yolu ilə gündəmi dəyişməyə çalışırlar. Mitinq başlamazdan əvvəl təxribata yol verilməsi, yəni keçmiş qondarma rejimin “bayrağı”nın açılması bu prosesin arxasında revanşist və radikal qüvvələrin dayandığını göstərir. “Artsaxlılar” adı ilə çıxış edən şəxslərin irəli sürdüyü tələblər təkcə İrəvana deyil, regionda sülhün təmin olunmasında maraqlı olan bütün qüvvələrə yönəlmiş siyasi təzyiq elementidir. Bu tələblər beynəlxalq hüquqa və regionda formalaşan yeni geosiyasi reallıqlara ziddir. Onların əsas məqsədi Ermənistanın mövcud hakimiyyətini zəiflətmək, revanşizmə zəmin yaratmaq və Azərbaycanın ərazi bütövlüyü ilə barışmaq istəməyən qüvvələri yenidən səfərbər etməkdir.

Ermənistan hakimiyyətinin bu məsələyə adekvat münasibət bildirməməsi isə belə çağırışların legitimləşdirilməsi anlamına gəlir. Əgər Paşinyan hökuməti bu kimi aksiyalara zamanında reaksiya verməzsə, ölkədə separatçılıq ikinci nəfəs qazana və regionda sülh səylərinə ciddi zərbə vura bilər.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see269

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see261

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see242

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see231

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see226

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see212

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see208

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see168

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri