Üç ölkədən 30 qadın məşhur müğənnini cinsi zorakılıqda ittiham edir
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Təxminən 30 qadın tərəfindən Əlcəzair əsilli məşhur fransalı müğənni Patrik Brüelə qarşı seksual zorakılıq ittihamları irəli sürülüb.
Ölkə.Az xəbər verir ki, bu barədə "Mediapart” nəşri məlumat yayıb.
15 may tarixində "France Inter” radiosu iki qadının Brüeli seksual zorakılıq və zorlamaya cəhdlə ittiham etdiyini bildirib. Elə həmin gün daha bir şikayət daxil olub. Bu şikayət fransız televiziya aparıcısı Flavi Flaman tərəfindən verilib. BFMTV kanalının məlumatına görə, Brüel ən azı 10 cinayət işində adı hallanan şəxsdir.
"Mediapart”ın hesablamalarına görə, müxtəlif araşdırmalar çərçivəsində təxminən 30 qadın müğənnini seksual zorakılıqda ittiham edir. Şikayətlərin dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki proses davam edir və vəziyyət dəyişkəndir.
Nəşrin məlumatına görə, Brüelə qarşı seksual zorakılıq ittihamları ilə bağlı 8 rəsmi şikayət və bir çox digər müraciətlər mövcuddur. İddiaların əksəriyyətinin 1991–2015-ci illər arasında baş verdiyi bildirilir.
Əsasən işlər Nanter prokurorluğu tərəfindən araşdırılır. Bundan başqa, Fransanın Sen-Malo şəhərindəki prokurorluq da bir işi araşdırır. Eyni zamanda Kanada və Belçikada da müğənni ilə bağlı iki ayrıca istintaq aparılır.
Bununla belə, Patrik Brüel bütün ittihamları rədd edir və məhkəmə proseslərinin həqiqəti üzə çıxaracağına inandığını bildirir.
Patrik Brüel Fransanın məşhur müğənnisi, aktyoru və peşəkar poker oyunçusudur. O, 1980-ci illərdə musiqi karyerasına başlayıb və 1984-cü ildə "Decale” mahnısı ilə populyarlıq qazanıb. Aktyor kimi isə "Ev endirimdə” (2006) və "Ailə atmosferi” (1985) kimi filmlərdə çəkilib.(Qaynarinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 23 May 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















