Icma.az
close
up
RU
Üç övladı olan ailələr çoxuşaqlı ailə hesab ediləcək? EKSPERT AÇIQLADI

Üç övladı olan ailələr çoxuşaqlı ailə hesab ediləcək? EKSPERT AÇIQLADI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişiklik qəbul edilərsə, həmin ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqi mümkün olacaq.

Artıq sözügedən təklif Milli Məclisə təqdim olunub. Mövcud meyarın dəyişdirilməsi hansı imkanlara şərait yaradacaq?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, bu təklif ölkənin demoqrafik siyasətinə yenidən baxılması baxımından mühüm addımdır:

“Hazırda 5-dən çox övladı olan qadınlara hər uşağa görə aylıq 140 manat müavinət ödənilir. Bu hüquq altıncı uşağın 1 yaşı tamam olduqdan sonra yaranır və 18 yaşı tamam olan ayın sonunadək davam edir. Yəni mövcud sistemdə dövlət dəstəyindən yararlanmaq üçün ailənin ən azı 6 uşağının olması tələb olunur. Təklif olunan dəyişiklik isə bu yanaşmanı əhəmiyyətli dərəcədə dəyişə bilər. 3 və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması, hər birinə görə sosial ödəniş imkanının yaradılması, həmçinin uşaqların sayından asılı olaraq pensiya yaşının 3, 4 və 5 il azaldılması nəzərdə tutulur”.

İqtisadçı bildirib ki, burada əsas məsələ üçüncü uşağın ailə üçün yaratdığı əlavə iqtisadi yükün dövlət tərəfindən nə dərəcədə kompensasiya olunmasıdır:

“Üçüncü uşaq ailənin yalnız ərzaq və geyim xərclərini artırmır. Mənzil, təhsil, səhiyyə, nəqliyyat və uşaq baxımı ilə bağlı əlavə xərclər yaranır, eyni zamanda valideynlərin əmək bazarında iştirak imkanlarına da təsir göstərə bilir. Ona görə də məqsəd doğum səviyyəsinin artırılmasıdırsa, yalnız aylıq müavinətlə kifayətlənmək olmaz. Kompleks ailə siyasəti formalaşdırılmalıdır. Buraya uşağa görə ödənişlə yanaşı vergi güzəştləri, mənzil dəstəyi, məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi, çoxuşaqlı ailələr üçün nəqliyyat və kommunal güzəştlər kimi mexanizmlər də daxil edilməlidir.
Digər tərəfdən, belə bir siyasətin dövlət büdcəsinə yaradacağı maliyyə yükü də nəzərə alınmalıdır. Bu baxımdan mərhələli keçid iqtisadi cəhətdən daha əsaslandırılmış yanaşmadır. Lakin mərhələlilik sosial dəstəyin qeyri-müəyyən müddətə təxirə salınmasına çevrilməməlidir. Dövlət əvvəlcədən konkret yol xəritəsi müəyyən etməlidir. Məsələn, birinci mərhələdə 5 və daha çox, ikinci mərhələdə 4 və daha çox, üçüncü mərhələdə isə 3 və daha çox uşaqlı ailələrin sistemə daxil edilməsi nəzərdə tutula bilər. Hər mərhələnin müddəti və maliyyə təminatı əvvəlcədən açıqlanmalıdır”.

Ekspert qeyd edib ki, ən mühüm məsələ müavinətin məbləğidir:

“Hazırda 5-dən çox uşağı olan qadınlara hər uşağa görə 140 manat ödənilir. 2018-ci ildə bu məbləğ 33 manat olduğu halda, 2025-ci ildə 140 manata yüksəlib. Lakin inflyasiya və ailələrin real xərcləri nəzərə alınmadan yalnız nominal artım əsasında sosial siyasətin effektivliyini qiymətləndirmək düzgün deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Sentyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri