Icma.az
close
up
RU
Üç pilot dünya çempionluğuna iddiasını qoruyur

Üç pilot dünya çempionluğuna iddiasını qoruyur

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Formula-1” həvəskarları həftəsonu keçiriləcək Əbu-Dabi mərhələsini böyük maraqla gözləyir.

İş ondadı ki, bunun üçün hər cür əsas var. Dünya çempionatının sonuncu – 24-cü mərhələsi ərəfəsində birdən-birə üç pilot çempionluq şansını qoruyur. Bunlar “Maklaren”in pilotları Lando Norrislə Oskar Piastri, bir də “Red Bull”un pilotu Maks Ferstappendi. Hazırda Norrisin 408, Ferstappenin 396, Piastrinin 392 xalı var. 2010-cu ildən bəri dünya çempionatında belə sonluq olmayıb. Onda titula 4 pilot iddialı idi. Norris hələ də aşkar favoritdi, “Formula-1” dünyası isə yeni çempion üçün darıxıb. Sadəcə, Norrislə yanaşı, Piastrinin də çempionluq şansını qoruması “Maklaren” düşərgəsində bir qədər vəziyyəti qəlizləşdirir. Bu komandanın hər iki pilotu çempionluq uğrunda mübarizədə güzəştə getməyəcəyini bildirib. Bəs “Maklaren” rəhbərliyi geniş müzakirə doğuran mövzu ilə bağlı nə düşünür? Andrea Stellanın fikri:

“Komanda Əbu-Dabidə titul uğrunda mübarizə aparmaq üçün pilotlarına bərabər şans təqdim edəcək. Dünya çempionu adı uğrunda mübarizə aparan iki pilotumuzun olması fəlsəfəmizi və yanaşmamızı dəyişmir. Həm Oskara, həm də Landoya mübarizə aparmaq, arzusunun arxasınca getmək imkanı təqdim edəcəyik”.


“Maklaren”in rəhbəri onu da əlavə edib ki, pilotlarla birgə yarışın gedişində birinin başqasına yardım etməsinin hansısa məqamda işə yarayacağı ilə bağlı variant da müzakirə olunub. Məsələn, variantlardan biri belə ola bilər: Ferstappen sona yaxın liderdi, Piastri üçüncü, Norris dördüncü yerdə gedir. Belədə Norrisin titulu qazanması üçün Piastrinin onu özündən irəli buraxması lazım gələcək.
Bu arada rəqabətlə bağlı daha bir maraqlı xəbər yayılıb. Belə ki, “Maklaren” rəhbərliyi Əbu-Dabi “Qran-pri”si ərəfəsində Piastriyə Avstraliya mediasına müsahibə verməyi qadağan edib. Bu barədə “CODE Sports” nəşri məlumat yayıb. Bu qadağaya münasibət bildirən jurnalistlərdən biri qeyd edib ki, Piastriyə belə münasibət onun karyerasında gördüyü ən pis haldı. Başqa bir insayder isə - işdən çıxarılmaq qorxusu ilə anonim qalmaq şərti ilə – heç vaxt potensial dünya çempionunun öz komandası tərəfindən bu qədər açıq şəkildə zəiflədildiyini görmədiyini deyib. Daha bir jurnalist belə deyib:

“Başverənləri görmək iyrəncdi. Sanki o, bir əli arxadan bağlanmış halda mübarizə aparır. Komanda onu davamlı şəkildə zəiflədir. Piastriyə münasibətdə danılmaz qərəz var”.


Yeri gəlmişkən, artıq “Formula-1” üzrə dünya çempionatında gələn il yarışacaq komandalar heyətini açıqlayıb. Xatırladaq ki, iştirakçı sayı 11-ə çatdırılıb.
“Maklaren”: Oskar Piastri, Lando Norris
“Mersedes”: Corc Rassell, Kimi Antonelli
“Red Bull”: Maks Ferstappen, Ayzek Hacar
“Ferrari”: Şarl Lekler, Lüis Hemilton
“Uilyams”: Aleksandr Albon, Karlos Sayns
“Reysinq Bullz”: Liam Louson, Arvid Lindblad
“Aston Martin”: Fernando Alonso, Lens Stroll
“Audi”: Niko Hülkenberq, Qabriel Bortoleto
“Haas”: Esteban Okon, Oliver Berman
“Alpin”: Pyer Qasli, Franko Kolapinto
“Kadillak”: Serxio Peres,Valtteri Bottas
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri