Icma.az
close
up
RU
Üç qardaşın ittifaqından doğan böyük birlik

Üç qardaşın ittifaqından doğan böyük birlik

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.


Əli Məsimli
Milli Məclisin deputatı

Türkmənistan-Azərbaycan-Özbəkistan formatının perspektivləri

Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun görüşləri olub.Bu görüşləri iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı keçirilən görüşlərin bir növ davamı kimi qiymətləndirmək olar.Qurbanqulu Berdiməhəmmədovun keçən ay Azərbaycana səfəri zamanı Bakıda əhatəli danışıqlar apardıqdan sonra səfərin növbəti günü, iyulun 17-də həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini ziyarət etməsi Türkmənistan və Azərbaycanın qardaş dövlətlər, qardaş xalqlar kimi bir-birinin yanında olması baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Həm keçən ay Azərbaycanda,həm də indi Türkmənistanda keçirilən görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələləri nəzərdən keçirilib. İki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə böyük perspektivlərin olduğu qeyd edilib.

Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivısində həm də Azərbaycan,Türkmənistan,Özbəkistan arasında yüksək səviyyəli Zirvə görüşü keçirilib və mühüm sənədlər imzalanıb.Bu görüş və imzalanan sənədlər göstərir ki,avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşündən sonra region ölkələrinin əməkdaşlığına yeni abı-hava gəlib. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Bəyannamə Azərbaycanın 2020-ci il qələbəsini, 2023-cü il sülh razılaşmasını və regionda qurduğu yeni təhlükəsizlik nizamını bir daha təsdiq etməsi,həmin Bəyannamənin ABŞ-in Azərbaycanla münasibətlərini "strateji tərəfdaşlıq" səviyyəsinə qaldırılmasına yol açması,eləcə də İmzalanan Birgə Bəyannamənin əsas müddəalarından birinin Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin açılması öhdəiyinin olması, Zəngəzur dəhlizinin açılması üçün hüquqi əsasın yaradılması təkcə Azərbaycan və Ermənistan üçün yox,bütövlükdə bölgə ölkələrinin xeyrinədir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın Türkiyə və Türk dünyası arasında əlaqələrinin güclənmsinə də öz töhfəsini verəcək.Bu kontekstdə Azərbaycan, Türkmənistan,Özbəkistan arasında yüksək səviyyəli Zirvə görüşüdə əməkdaşlığın əsas istiqaməti nəqliyyat sektoru ilə bağlı perspektivlər oldu.“Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəlindi. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirildi.

Azərbaycan-Türkmənistan-Özbəkistan Zirvə görüşü çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır.Bu görüşdə üç qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açıldı. Yeni, perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradıldı.Bu görüş həm də onu göstərir ki, Azərbaycan-Türkmənistan-Özbəkistan münasibətləri yeni fazaya keçib və yüksəliş dövrünü yaşayır.Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksək səviyyəli görüşün yekunlarına dair birgə bəyanatda xüsusi vurğulandığı kimi,bu görüş xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi.Bu tarixi görüş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi birləşdirən mühüm geostrateji mövqeyə malikdir.Bu amil ölkələrimiz qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni imkanlar açıb. Bu üç ölkənin iqtisadi əməkdaşlıq baxımından potensialınının yüksək səviyyədə hərəkətə gətirilməsi regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək,bu isə təkcə Azərbaycan,Türkmənistan və Özbəkistana yox,həm də bütövlükdə Avrasiya regionunun inkişafına töhfə verəcək. Azərbaycan-Türkmənistan-Özbəkistan förmatı həm Türk Dövlətlərinin əməkdaşlığının genişlənməsində, həm də Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiasında Azərbaycanın rolunu və əhəmiyyətini artırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri