Üç uşaq anası intihar etdi
Üç uşaq anası intihar etdi
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Lənkəranda 1974-cü il təvəllüdlü Səidə Əbdül qızı Səfərova intihar edib.
"Qafqazinfo" xəbər verir ki, hadisə ötən gün rayonun Bürcəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini S. Səfərova yaşadığı evin həyətində meyvə ağacından özünü asaraq intihar edib.
Qeyd edək ki, 3 uşaq anası olan qadın zob xəstəliyindən əziyyət çəkirmiş. Həmçinin ötən il bacısının vəfatından sonra dərin sarsıntı keçirdiyi bildirilir. Bu haqda onun üzərində tapılan məktubda qeydlər olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Baxış sayı:68
Mənbə:https://sonxeber.az